خبرگزاری شبستان

چهارشنبه ۴ مرداد ۱۳۹۶

الأربعاء ٣ ذو القعدة ١٤٣٨

Wednesday, July 26, 2017

Servis Əsas səhifə Zaman :   Saturday, July 01, 2017 Xəbər kodu : 30383

Həya - insaniyyət sərvəti
“(Ey iman gətirənlər!) Bilin ki, aranızda Allahın Peyğəmbəri vardır. Əgər o, bir çox işlərdə sizə uysaydı, siz (çətinliyə düşərək) əziyyət çəkərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlblərinizin bəzəyi qərar vermiş və küfrə, itaətdən çıxmağa və (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır. Məhz belələri doğru yolda olanlardır!”

Qurani-Kərimin “Hücurat” surəsinin 7-ci ayəsində Allaha imanın zinət, küfrün isə mənfur olması haqda belə buyurulur:

وَ اعْلَمُوا أَنَّ فيكُمْ رَسُولَ اللَّهِ لَوْ يُطيعُكُمْ في‏ كَثيرٍ مِنَ الْأَمْرِ لَعَنِتُّمْ وَ لكِنَّ اللَّهَ حَبَّبَ إِلَيْكُمُ الْإيمانَ وَ زَيَّنَهُ في‏ قُلُوبِكُمْ وَ كَرَّهَ إِلَيْكُمُ الْكُفْرَ وَ الْفُسُوقَ وَ الْعِصْيانَ أُولئِكَ هُمُ الرَّاشِدُون‏

“(Ey iman gətirənlər!) Bilin ki, aranızda Allahın Peyğəmbəri vardır. Əgər o, bir çox işlərdə sizə uysaydı, siz (çətinliyə düşərək) əziyyət çəkərdiniz. Lakin Allah sizəimanı sevdirmiş, onu qəlblərinizin bəzəyi qərar vermiş və küfrə, itaətdən çıxmağa və(Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır. Məhz belələri doğru yolda olanlardır!”

“Bəqərə” surəsinin 256-cı ayəsində isə hidayət yolu zəlalət yolunun aydınlığı haqda söz açaraq buyurulur:

لاَ إِكْرَاهَ فِي الدِّينِ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىَ لاَ انفِصَامَ لَهَا...

“Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edilmişdir. Hər kim “tağut”u inkar edib Allaha iman gətirsə, o, artıq ən möhkəm ipdən yapışmış olur...”

İslam maarifinə əsasən, insanın son qayə və hədəfi onun Allaha iman gətirməsi, doğru yolda addımlaması, gözəl əxlaqa sahib olması, təkamülə yetməsi, bir sözlə, Allaha gözəl bəndə olmasıdır. Bu məqsədə çatmağın isə müxtəlif mərhələləri vardır ki, burada həyanın rolu danılmaz və böyükdür. Necə ki, imam Əli (ə) buyurmuşdur:

اَلحَياءُ سَببٌ الي كُلِّ جَميلٍ

“Həya bütün gözəlliklərə (sahib olmaq üçün) vasitədir.” (“Tuhəful-uqul”, Həsən ibn Əli ibn Şöbə Hərrani (tərcümə: Əliəkbər Qəffari), səh.84.)

O həzrət başqa bir hədisdə belə buyurmuşdur:

اَلحَياءُ مِفتاحُ كُلِّ الخَيرِ

“Həya hər bir xeyir və yaxşılığın açarıdır.” (“Qurərul-hikəm”, 1-ci cild, səh.93.)

Həya ağıl ağacında bitən və yetişən meyvə, yaxşılıqla pislik arasında fasilə, insan fitrətini bəzəyən gözəl xislətdir. Buna nəzərən, imam Əli (ə) buyurmuşdur:

اَعْقَلُ النّاسِ اَحْیاهُمْ

“İnsanların ən ağıllısı ən həyalısıdır.” (“Qurərul-hikəm”, 2-ci cild, səh.380.)

Peyğəmbəri-Əkrəm (s) də buyurmuşdur: “İman çılpaq bir bədəndir və onun libası həyadır.” (“Mişkatul-ənvar”, hədis 1391.)

İmam Sadiq (ə) isə buyurmuşdur:

لَا إِيمَانَ لِمَنْ لَا حَيَاءَ لَه‏

“Həyası olmayanın imanı olmaz.” (“Kafi”, 2-ci cild, səh.106, hədis 5, İslamiyyə çapı.)

İlahi əmr və göstərişlər batini çirkinliklərə qarşı həya pərdəsinə bürünməyən şəxsə, sözsüz ki, təsir etməyəcək və onun hidayət və təkamülü ilə sonuclanmayacaq. Odur ki, insan insaniyyət və daxili mənəviyyatın inkişafı uğrunda çalışdıqca, öz varlığının dəyərini artıracaq, onu fəqirlikdən çıxarıb daxili zənginliyə, təkamülə yaxınlaşdıracaqdır. Daxili zənginliyin ölçü və meyarlarından biri də insanın daxilən həyalı olmasıdır. Başqa sözlə, hidayətin zirvəsi daxili zənginlik və həyadır. Həyanın zirvə nöqtəsinə gəldikdə isə, imam Əli (ə) bu haqda buyurmuşdur:

غايَةُ الحَياءِ أن يَستَحيِىَ المَرءُ مِن نَفسِهِ

“Həyanın qayəsi (zirvəsi) insanın özü-özündən (öz vicdanından) həya etməsidir.” (“Uyunul-hikəm vəl-məvaiz”, Əli ibn Məhəmməd Leysi Vasiti, səh.349.)

O həzrət başqa bir hədisdə belə buyurmuşdur:

مِن تَمامِ المُرُوَّه أَن تَستَحیی مِن نَفسِک

“Mürüvvət və comərdliyin hamısı insanın özü-özündən həya etməsidir.”

Həyanın bu mərhələsinə çatan, onu “mələkə” və səciyyəyə çevirən insan ən çətin şəraitdə belə büdrəyişlərdən qurtulacaq, günah vadisinə düşməkdən amanda qalacaqdır. Bir rəvayətdə imam Əli (ə) buyurmuşdur:

اَلحَیاء مِنَ الله یَمحوُ کَثیراً مِنَ الخَطایا

“Allahdan həya etmək bir çox xəta və günahları aradan qaldırır.” Başqa sözlə, Allahdan həya edən və utanan insan günahlardan amanda qalar. (“Təsnifu qurəril-hikəm və durəril-kəlim”, səh.257, hədis 5455.)

Rza Şükürlü (Maide.az)

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده