Servis Əsas səhifə |
|
Zaman : |
Friday, June 30, 2017 |
|
Xəbər kodu : |
30380 |
İŞİD-in batil xilafəti İraqda süqut etdi
Şəbistan Xəbər Agentliyi: İraqın baş naziri Heydər Əl-Əbadi Mosulda 3 il əvvəl İŞİD lideri Əbubəkr Əl-Bağdadinin xilafət elan etdiyi Nur məscidinin İraq qüvvələri tərəfindən ələ keçirilməsinin, İŞİD-in sonu olduğunu deyib.
|
Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Al-Sumaria News verir ki, Əl-Əbadi açıqlamasında belə deyib: "Nur məscidi ilə Hadba minarəsinin geri qaytarılması saxta İŞİD dövlətinin sonunun gəldiyini göstərir".
Əl-Əbadi İraq qüvvələrinin İŞİD yaraqlılarını sonuncusuna qədər məhv edəcəyini deyib.
Sahar televiziyasının rəsmi saytı xəbəri belə verib:
İraq baş naziri Twitter müraciətində İŞİD terror qruplaşmasının İraqdakı separatçı hökumətinin sonunu elan edib: İŞİD-in bütün üzvlərini öldürəcək və ya əsir götürəcəyik.
Əl-İraqiyyə televiziyasının məlumatına görə, İraq baş naziri Heydər əl-İbadi cümə axşamı günü müraciətində əlavə edib: Ən-Nuri məscidinin ələ keçirilməsi İraqda İŞİD-in batil hökumətinin sonunun elan olunması mənasındadır.
Ən-Nuri məscidi İŞİD başçısı Əbubəkr Bağdadinin 2014-cü il iyunda xilafətini elan etdiyi məsciddir.
http://shabestan.ir/detail/News/638609