خبرگزاری شبستان

چهارشنبه ۲۹ شهریور ۱۳۹۶

الأربعاء ٢٩ ذو الحجّة ١٤٣٨

Wednesday, September 20, 2017

Servis xəbərlərinin titri

Yüz on beşinci Məhdəvi mədəni iclası

Axirəz-zamanda uşaqları təhdid edən bəlalar

Şəbistan xəbər agentliyi: Məhdəvi mədəni iclasların yüz on beşinci iclası 30-şəhrivərdə "Cinsi cinayətlər və uşaqların güvənsizliyi" mövzusunda Mövud müəssisəsində keçiriləcək.

Servis Əsas səhifə Zaman :   Thursday, June 22, 2017 Xəbər kodu : 30349

Prezident "Dini etiqad azadlığı haqqında" qanunu təsdiqlədi
Xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına dini mərasimləri idarə etməsinə icazə verilib

Prezident İlham Əliyev “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.

Qanuna edilmiş dəyişikliyə əsasən, dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağan edilib.

Bundan başqa, xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər”.

Qanunun 24-cü maddəsinə edilmiş dəyişikliyə əsasən, vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçiriləcək.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده