خبرگزاری شبستان

جمعه ۲۷ مرداد ۱۳۹۶

الجمعة ٢٦ ذو القعدة ١٤٣٨

Friday, August 18, 2017

Servis Əsas səhifə Zaman :   Monday, June 19, 2017 Xəbər kodu : 30329

Ərəb KİV-nin İranın son raket hücumuna reaksiyası
Şəbistan Xəbər Agentliyi: İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Suriyanın Diyrəlzur şəhərində terroçuların mövqelərinə qarşı raket hücumu dünya, xüsusən ərəb və şərq mediasında geniş əks-səda doğurubdur.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın İŞİD-in Diyrəlzurdakı mövqelərinə qarşı raket hücumu Suriya medialarında da geniş informasiya əks-sədası doğurubdur.

 

Suriyanın Ələxbariyyə telekanalı bildiribdir ki, iranlı qüvvələrin terror qruplarının Suriyanın Diyrəlzur məntəqəsindəki mövqelərinə qarşı raket hücumu İŞİD terror qrupuna nəzərəçarpacaq xəsarətlər vurub və nəzərəçarpacaq dərəcədə terrorçu məhv edilibdir.

 

Livanın Əlməyadin və Əlminar telekanalları, Avstriyanın APA rəsmi informasiya agentliyi, Ukraynanın rəsmi informasiya agentliyi, Parisdə çıxan Le-Fiqaro qəzeti və Fransa beynəlxalq radiosu, Misirin Əlşəruq və Əlyəum-Əlsabə qəzetləri, Birləşmiş Ərəb Əmirliklərinin bir mətbuat orqanı, "Ələrəbiyyə net" vebsaytı, eləcə də İlaf və Əlcəzirə vebsaytları da İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın terrorçuların Suriyadakı mövqelərinə qarşı raket hücumunu işıqlandırıblar.

 

Çində ən böyük mətbuat qrupu olan "Peoples Dayli" qəzeti və Sin-Xua xəbər agentliyi də bu barədə belə yazıblar: İran Tehran terror hücumlarına cavab olaraq, özünün orta mənzilli raketlərilə Suriyanın Diyrəlzur məntəqəsini  hədəfə alıbdır.

 

Bildiyiniz kimi, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah dünən gecə Suriyadakı təkfirçi terrorçuları tənbeh etmək məqsədilə bu ölkənin şərqində yerləşən Diyrəlzur şəhərində təkfirçi terroçuların komandanıq mərkəzi, eləcə də onların toplaşma və dəstək, həmçinin partlayıcı avtomobil istehsalı mərkəzlərini, altı ədəd "quru-quru" tipli orta mənzilli raketlə hədəfə alıbdır.

 

Bu raketlər İraqın səmasından keçib, 650 kilometrlik məsafəni arxada qoyaraq, təyin olunmuş hədəflərə dəyibdir.

 

http://shabestan.ir/detail/News/636547

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده