خبرگزاری شبستان

سه شنبه ۶ تیر ۱۳۹۶

الثلاثاء ٣ شوّال ١٤٣٨

Tuesday, June 27, 2017

Servis Əsas səhifə Zaman :   Monday, June 19, 2017 Xəbər kodu : 30328

İranın Suriyada terrorçulara raket hücumu beynəlxalq mediada
Şəbistan Xəbər Agentliyi: İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Suriyanın Diyrəlzur şəhərində terroçuların mövqelərinə qarşı raket hücumu dünya medialarında geniş əks-səda doğurubdur.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Assoşieyted-Press İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın terrorçuların Suriyadakı bazalarına qarşı hücumuna reaksiyada bildirib ki, Sepah İŞİD-in 7 iyunda Tehranda törətdiyi hücumlara cavab olaraq, bu hücumu həyata keçiribdir.

 

Frans-Press-in vebsaytı da bu barədə bildiribdir ki, bu, İranın İran-İraq müharibəsindən və otuz ildən sonra öz sərhədlərindən kənara edilən ilk raket hücumudur.

 

CNN-in Tehrandakı müxbiri Sepah-ın terrorçuların Suriyadakı qərargahına qarşı raket hücumunu fövqəladə və nadir adlandıraraq, bildiribdir ki, İranın Suriyaya qarşı raket hücumu İranın Suriya olaylarındakı rolunun artdığını göstərir.

 

Rusiyanın televiziya və radio kanalları, eləcə də xəbər agentlikləri, o sıradan Russia Today, Sputnik, Russkiy Mir, Zvezda, Ren TV, Life Nyus, Rusiya Federal Xəbər Agentliyi və Ria-Novosti bu hücumu işıqlandıraraq, bildiriblər ki, Sepah Tehranda törədilmiş terror hücumlarına cavab olaraq, orta mənzilli raketlərlə terror qruplarının Suriyanın Diyrəlzur məntəqəsindəki mövqelərini hədəfə alıbdır ki, bu hücum nəticəsində çoxlu sayda terrorçu ölüb və terrorçuların mövqelərinə nəzərəçarpacaq dərəcədə xəsarət dəyibdir.

 

Nyu-York Post qəzetinin vebsaytı bu haqda yazıb: İran Tehranda törədilmiş terror hücumlarına cavab olaraq, İŞİD-in Suriyadakı mövqelərini hədəfə alıb.

 

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın İŞİD-in Suriyadakı mövqelərinə qarşı raket hücumu sionist rejimin televiziyası və digər medialarında, o sıradan Məariyo, Yeidot Aharnot, Ceruzalem Post və İsrail Nəşnal Nyus qəzetlərində də geniş surətdə əks etdirilib və bu medilar bildiriblər ki, İran İŞİD-in Suriyadakı mövqelərinə qarşı raket hücumunda orta mənzilli "Şəhab-3" raketlərindən istifadə edibdir.

 

Röyters də bildiribdir ki, İran bazar günü Suriyanın şərqinə tərəf raket ataraq, terrorçuların həmin məntəqədəki bazalarını Tehran hücumlarına cavab olaraq, hədəfə alıbdır.  Röyters yazıb: Bu hücum çoxlu sayda terrorçunun ölməsi və onların silah və sursatlarının məhv olması ilə nəticələnibdir.

 

Çində ən böyük mətbuat qrupu olan "Peoples Dayli" qəzeti və Sin-Xua xəbər agentliyi də bu barədə belə yazıblar: İran Tehran terror hücumlarına cavab olaraq, özünün orta mənzilli raketlərilə Suriyanın Diyrəlzur məntəqəsini  hədəfə alıbdır.

 

http://shabestan.ir/detail/News/636659

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده