خبرگزاری شبستان

جمعه ۲۷ مرداد ۱۳۹۶

الجمعة ٢٦ ذو القعدة ١٤٣٨

Friday, August 18, 2017

Servis Əsas səhifə Zaman :   Monday, June 19, 2017 Xəbər kodu : 30326

Ali Rəhbər: Xalqı düşmənin üzünə şillə vuracaqdır
Şəbistan Xəbər Agentliyi: İslam İnqilabının Böyük Rəhbəri sərhədçilər və hərəm müdafiəsi şəhidlərinin ailələrindən bir qrupu ilə görüşdə vurğulayıblar: İran İslam Respublikası qüdrətlə dayanıb və İran xalqı düşmənləri şillələyəcəkdir.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İslam İnqilabının Böyük Rəhbərinin informasiya mərkəzinin məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei dünən axşam bu görüşdə amerikalı rəsmilərin düşməncəsinə və təhdidedici sözlərinə işarə edərək, onları cəfəngiyyat adlandırıb və belə deyiblər: Amerikanın dövlət başçıları inqilabın qələbəsinin elə əvvəlindən daim İslam Respublikasını dəyişmək ardınca olublar, amma İran xalqına şillə vura bilməyəcəklər, əksinə İran xalqı onları  şillələyəcəkdir.

 

İslam İnqilabının Böyük Rəhbəri sərt düşmənçiliklərlə üzləşməsinə rəğmən, islami quruluşun yaşayacağına işarə edərək, vurğulayıblar: Amerika prezidentinin cəfəngiyyat söyləməsi yeni bir məsələ deyil, zira islami quruluş elə əvvəldən müxtəlif fitnələrlə üzləşibdir, amma İran xalqının bədxahları heç bir qələt eləyə bilməyiblər.

 

Həzrət Ayətullahuluzma Xamenei söyləyiblər: İslami quruluşun təzə boy atan şitil olduğu zaman ona zərər yetirə bilmədilər, indi ki, bu quruluş iri gövdəli bir ağaca çevrildiyi zaman nə edə bilərlər.

 

O həzrət amerikalı rəsmilərin islami quruluşu dəyişmək üzrə cəhdə dair son sözlərinə işarə edərək, deyiblər: Ötən 38 il ərzində haçan olmuşdu ki, siz islami quruluşu dəyişmək istəməmiş olasınız, həmişə də başınız daşa dəyibdir və bundan sonra da belə olacaqdır.

 

Həzrət Ayətullahuluzma Xamenei Ağ Evin yeni başçılarını təcrübəsiz və naşı adlandıraraq, söyləyiblər: Amerikanın hökmranları İslam İnqilabının əvvəlindən İran İslam Respublikası Quruluşunu devirməyə çalışırdılar, amma bu həsrətdə olanlar bu arzunu qəbirə apardılar və bundan sonra da məhz belə olacaqdır.

 

İslam İnqilabının Böyük Rəhbəri ölkənin hazırkı təhlükəsizliyinin İran sərhədçiləri və hərəm müdafiəçilərinə borclu olduğunu bildirib və hərəm müdafiəsi şəhidlərinin rolunu yüksək dəyərləndirərək, deyiblər: Əgər hərəm müdafiəsi şəhidləri olmasaydılar, bu gün fitnəkar və xəbis ünsürlər və Əhli-Beyt(ə) düşmənləri ilə İran şəhərlərində vuruşacaqdıq.

 

Zira onlar İraq sərhədlərindən İrana daxil olmaq istəyirdilər, amma onların qarşısı alındı və darmadağın edildilər və hazırda da İraq və Suriyada tam şəkildə kökləri kəsilibdir.

 

http://shabestan.ir/detail/News/636539

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده