خبرگزاری شبستان

سه شنبه ۲۱ آذر ۱۳۹۶

الثلاثاء ٢٤ ربيع الأوّل ١٤٣٩

Tuesday, December 12, 2017

Servis xəbərlərinin titri

Ayətullah Səfayi Buşehri

Namazı bərpa etmə mərkəzi dinin sütunu və İslam xeyməsini bərpa etmə mərkəzidir

Şəbistan xəbər agentliyi: Ali Rəhbərin Buşehr Ostanındakı nümayəndəsi və bu şəhərin İmam cüməsi namaz qılmağın bəşərin xilas olmasına səbəb olduğuna işarə edərək dedi: Namazı bərpa etmə mərkəzi dinin sütunu və İslamın xeyməsini bərpa etmə mərkəzidir. Habelə o, dinin ən mühüm ibadi və tərbiyəvi proqramını öhdəsinə götürmüş bir mərkəzdir.

Servis Əsas səhifə Zaman :   Sunday, June 18, 2017 Xəbər kodu : 30318

Ümmətin ən əfzəl cihadı
Şəbistan Xəbər Agentliyi: Allahın Elçisi (s) buyurmuşdur: “Fərəci gözləmək Mənim ümmətimin ən əfzəl cihadıdır”.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Allahın Elçisi (s) buyurmuşdur: “Fərəci gözləmək Mənim ümmətimin ən əfzəl cihadıdır”.

 

Bəzən belə bir sual soruşurlar:

 

Həzrət Mehdinin (əc) kiçik qeybətinin səbəbi nədir?

Cavab: İmam Həsən Əsgəriyə (ə) qədər, şiələr fiqhi, etiqadi suallarını imamın özündən soruşur və onların naiblərinə az müraciət edərdilər. O zamanlarda şiələrin müctəhid olmalarına da ehtiyac duyulmurdu. Amma imamın kiçik qeybəti dövründə alimlər “fiqh”, “üsul” elmlərini araşdırmağa başladılar və tədqiqatları zamanı hansısa bir problemlə rastlaşdıqda naiblərə müraciət edir və naiblər də imamdan bu məsələnin həllini soruşur, onlara çatdırırdılar. Habelə, o həzrət tədriclə kiçik qeybəti ilə böyük qeybətə hazırlaşırdı.

 

Bu sualla da tez- tez rastlaşırıq:

 

İmam Mehdini (əc) qeybəti-kübra zamanında görmək mümkün deyildirmi? Əgər mümkündürsə bəs niyə “hər kəs o həzrəti gördüyünü iddia edərsə yalançıdır” deyə qeyd etmişlər?

Cavab: Yəqinliklə demək olar ki, imamı görmək mümkündür. Çünki, yüzlərlə insanın o həzrətin hüzuruna nail olması buna açıq subutdur. Onların arasında elə şəxslər var ki, yalan danışmaları iddia edilə bilməz. Beləki, Seyyid ibn Tavus, Şeyx Müfid, Əllamə Bəhrul Ulum, Müqəddəs Ərdəbili və həmçinin müasirlərimizdən olan Ayətullah Mərəşi Nəcəfi, Ayətullah Bafiqi kimi alimlər imamın görüşünə nail olmuşlar. Amma yuxarıda yalançı adlandırılan şəxslər, imamın xass naibi adı ilə onunla görüşdüklərini iddia edənlərdir.

http://shabestan.ir/detail/News/636364

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده