خبرگزاری شبستان

جمعه ۲۷ مرداد ۱۳۹۶

الجمعة ٢٦ ذو القعدة ١٤٣٨

Friday, August 18, 2017

Servis Əsas səhifə Zaman :   Friday, June 16, 2017 Xəbər kodu : 30311

“Qüds günü İslam dininin özü qədər dəyərlidir”
“Qüds gününün fəlsəfəsi müsəlman xalqları ilə dövlətlərinin işğalçı, qəsbkar rejimlərə, onların himayədarlarına, digər xalqları zülm altında saxlayanlara qarşı birgə mübarizədir”.

“Qüds gününün fəlsəfəsi müsəlman xalqları ilə dövlətlərinin işğalçı, qəsbkar rejimlərə, onların himayədarlarına, digər xalqları zülm altında saxlayanlara qarşı birgə mübarizədir”.
 
Bu fikirləri AİP funksioneri, politoloq Akif Heydərli səsləndirib. O, bildirib ki, bu gün İslam dünyası həqiqətən ciddi sınaq qarşısındadır: “Hələ 20-ci əsrin ortalarında Fələstin  müsəlman dünyasının ən dəhşətli və böyk fəlakətlərlə əhatələnən dövrünü yaşamağa başladı. Xüsusən 1968-1969-cu illərdə sionistlərin müsəlmanların ilk müqəddəs qibləgahı Məscüdül-Əqsanı yandırması İslam aləmini ciddi narahat etdi. Seyid Ruhulla Musəvi Xomeyni onların bu əməlinin cavabsız və cəzasız qalmasına etirazını bildirdi”.
 
Politoloqun sözlərinə görə, İran İslam İnqilabı qələbə qazandıqdan sonra, İmam Xomeyni İslam dünyasını, onun gələcək taleyini düşünərək uzaqgörənlik fəlsəfəsi ilə 1982-ci ildə Fələstinin azadlığına dəstəyi sinvolizə edərək İslam dünyasının, ədalətin, haqqın, insani dəyərlərin qurtuluşu və qorunmasından ötrü Ramazan ayının sonuncu cümə gününün “ Qüds Günü” adı ilə qeyd olunması təşəbbüsünü tarixə yazdı: “Unudulmaz təqvim sionist İsrail qondarma dövlətinin qəsbkarlıq anlamında olan bütün siyasətinin qarşısının alınması üçün müsəlmanlara, sülhsevər bəşəriyyətə bir mənəvi stimul verdi. Zülmə qarşı etirazı özündə ehtiva edən tarixi gündə zalımlara nifrət hissi alovlanmaqda ikən, işğalçı reyimə himayədarlıq edən  güc mərkəzləri-Qərb dairələri və ABŞ yeni müstəmləkəçilik, istismarçılıq, müsəlman xalqlarına qarşı əsarət niyyətlərini reallaşdırmaqla sionizmdən diqqəti yayındırmağa çalışırlar. İraqın, Əfqanıstanın, Liviyanın, Suriyanın, o cümlədən Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağın, digər müsəlman torpaqlarının hərbi təcavüzə  məruz qalması, müqəddəs torpaqların istismarçı dövlətlərin qəsbkar ordu qüvvələrinin nəzarətində saxlanması Qüds gününün nə qədər böyük əhəmiyyət kəsb etdiyini, İslamın və müsəlman dünyasının taleyində nə qədər böyük önəm daşıdığını sübut edir”.
 
Akif Heydərli qeyd edib ki, vəhdət və zülmün qarşısında  birgə dayanmaqla həmin mərkəzlərin silah satışı üçün bazar əldə etmək, dünyanın təbii sərvətlərini mənimsəmək, ayrı-ayrı bölgələrdə siyasi-strateji mövqelərini möhkəmləndirməklə stabil və inkişafda olan digər dövlətləri təhdid etmək niyyətlərinə mane olmaq mümkündür: “Güc mərkəzləri despotik monarxiya rejimləri yaratmaqla müxtəlif ölkələrin  xalqlarını onların öz əlləri ilə zülmə məruz qoyurlar.  Qüds gününün fəlsəfəsi də məhz müsəlman xalqları ilə dövlətlərinin işğalçı, qəsbkar rejimlərə, onların himayədarlarına digər xalqları zülm altında saxlayanlara qarşı birgə mübarizədir ki, İmam Xomeyni bu mübarizənin vacibliyini, İslam dünyasının taleh məsələsi olduğunu qabaqcadan görmüş və tarixi ideyasını irəli sürmüşdür.
Qüds günü İslam dünyası üçün artıq bir bəşəri dəyərdir ki, insanlığın qurtuluşu üçün İslam dininin özü qədər qiymətli, ictimai-siyasi, mənəvi-psixoloji bir amil və şərtdir”. (islaminnsesi) /

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده