خبرگزاری شبستان

سه شنبه ۳۱ مرداد ۱۳۹۶

الثلاثاء ٣٠ ذو القعدة ١٤٣٨

Tuesday, August 22, 2017

Servis Əsas səhifə Zaman :   Sunday, June 11, 2017 Xəbər kodu : 30284

Orucun dəyərini zəiflədən 5 amil
Bəzi amillər vardır ki, orucun dəyərini və məqamını aşağı salar və onu zəiflədər.

Bəzi amillər vardır ki, orucun dəyərini və məqamını aşağı salar və onu zəiflədər. Bu amilləri tanıyaq ki, onları aradan qaldıra bilək:

1. Nalayiq fikirlər. Zahiri oruc dedikdə, yemək və içməkdən müticəsinə çəkinmək nəzərdə tutulur. Ancaq nəfsin orucu dedikdə 5 hiss orqanını nalayiq işlərdən saxlamaq və qəlbi çirkin niyyətlərdən çəkindirməkdir. Oruc tutan insanın qəlbi, zahiri kimi oruc olmalıdır. Ürək də gərək çirkin və nalayiq fikirlərdən və niyyətlərdən uzaq olsun. Əmirəl-möminin (ə) buyurur: “Qəlbin orucu dil orucundan üstündür. Dil orucu də qarın orucundan üstündür”.

2. Napak tikə yemək. Oruc tutan insan gərək napak və şübhəli tikələrdən uzaq olsun. Əgər insan bu mövzuya diqqət etməzsə və şübhəli yeməklərlə iftar açarsa, orucun dəyərindən bəhrələnməz. Oruc tutan hər bir insan haramdan və napak şeylərdən uzaq olmalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Vay olsun o kəsin halına ki, orucunu haram yeməklə iftar edər”.

3. Söz gəzdirmək. Söz gəzdirmək də orucun dəyərini aşağı salar. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Dörd şey orucun məhv olmasına və xeyir işlərin batil olmasına səbəb olar. Bu dörd şeydən biri - dedi-qodudur”. Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) tövsiyələrində buyurur: “Ey Əli! Qeybət və dedi-qodudan çəkin. Çünki qeybət orucu əldən salar və dedi-qodu da qəbir əzabına bais olar”.

4. Ağvalideyn olmaq. Oruc tutan insan digər haram və məkruhlardan uzaq olduğu kimi, ağvalideyn olmaq kimi iyrənc sifətdən də çəkinməlidir. O kəsin ki, valideyni ondan narazıdır, orucu dəyərsiz olar. İnsan gərək öv valideyninə əziyyət verəcək işlər görməsin. Hər ikisinə hörmət etməyin məhdudiyyətləri yoxdur. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim ata və anasını qəmgin edər, ağvalideyn olar”.

İmam Sadiq (ə) buyurur: “Ağvalideyn olmaq - kəbirə günahlardan biridir. Həkim Allah ağ olmuş insanı bədbəxt günahkar qərar vermişdir. Ağvalideyn olmağın cəzası elə bu dünyada insanın boğazından yapışar”.

5. Təkəbbür. Orucun dəyərini aradan aparan amillərdən biri də təkəbbürdür. Küfrün üç kökü vardır: hərislik, təkəbbür və həsəd. Təkəbbür nəinki çirkin əxlaqdır, ən böyük günahlardan hesab edilir. İmam Sadiq (ə) buyurur: “O kəs ki, başqalarına dəyər verməz, təkəbbürə malik olar”. Bu rəzil sifətə görə insan ancaq özünü bəyənər və özünü başqalarından üstün bilər. Bu rəzil sifət orucun dəyərini aradan aparar. (Tebyan)

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده