خبرگزاری شبستان

سه شنبه ۳۱ مرداد ۱۳۹۶

الثلاثاء ٣٠ ذو القعدة ١٤٣٨

Tuesday, August 22, 2017

Servis Əsas səhifə Zaman :   Sunday, June 11, 2017 Xəbər kodu : 30283

Türkçülük ideologiyası, yoxsa Demokratiya riyakarlığı?
İnsanlığın faciəsini, həlak olmasını siyasi düşüncələrə alət etmək bir rəzalət göstəricisidir.

Qonşu İran ərazisində ard-arda bir neçə terror hadisəsi baş verdi. Nəticədə yaralanan və dünyasını dəyişən insanlar oldu. Dünyanın istənilən yerində milliyyətindən, dinindən, irqindən asılı olmayaraq insan itkisi və yaralanması ilə nəticələnən bu cür terror hadisələrinin baş verməsi insanlıq duyğusu olan hər bir kəsə ağır gələrək, pis təsir edir. Dünyanın istənilən yerində insan itkiləri ilə nəticələnən belə hallarda hər kəs öz kədərini, həmrəyliyini, dərdə şərikliyini müxtəlif cür biruzə verir. Müasir dövrdə dövlət rəhbərləri baş sağlığı məktubu göndərir, sıravi xalq isə sosial şəbəkələrdə baş sağlığı diləyir. Hətta əksəriyyət həmin ölkələrin bayrağını profil şəkili edərək, qara lentlərə bürünərək həmrəylik göstərir. Məsələn nə sərhəd qonşuluğumuz, nə də ki, tarixi bir bağlılığımız olan Fransa, Belçika və başqa avropa ölkələrində baş verən terror hadisələri zamanı əksər vətəndaşlarımızın bu kimi həmrəyliyinin şahidi olmuşuq.

 

Bəs görəsən İranda terror zamanı həlak olanlar üçün milliyyətçi türk dostlarımız və iqtidarın kukla vətənsevər gəncləri nə üçün profillərinə qara lent bağlayıb, yasa batmadılar? Sıravi insanların acısına şərik olmadılar. Axı İran qonşu dövlət olmaqla yanaşı, həm də vətəndaşlarının böyük əksəriyyəti azərbaycanlılar olan bir ölkədir. Elə həlak olanlar arasında türk, azərbaycan əsilli insanlar da vardı. 
Yoxsa sizə görə yalnız Fransada, Belçikada, bir sözlə Avropada və Amerikada terror baş verəndə yasa bataraq, həmin ölkələrin bayrağını bir-iki sutka profil şəkili etmək lazımdır.

 

Bu nədən irəli gəlir? Türkçülüyün ideologiyasıdır, yoxsa Demokratiyanın riyakarlıq və saxtakarlığı? Yoxsa özünü imperialistlərə qul göstərmək sindromudurmu? Yoxsa fransızların, belçikalıların, almanların kökü əslən türk və ya azərbaycanlıdır.

 

İnsanlığın faciəsini, həlak olmasını siyasi düşüncələrə alət etmək bir rəzalət göstəricisidir. Dini, dili, milliyyəti yaxın, hətta eyni olan qonşusu üçün kədərlənməyərək, dini, dili, milliyyəti tamamilə yad olanlar üçün timsah göz yaşı axıtmaq riyakarlıq və rəzalətin əlamətlərindəndir.

 

Qonşusunun halına şərik olmayan kəs uzaq qohumdan xeyir görməz. O uzaqdakıda həqiqətəndə qohum olsaydı nə vardıki?

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده