خبرگزاری شبستان

سه شنبه ۶ تیر ۱۳۹۶

الثلاثاء ٣ شوّال ١٤٣٨

Tuesday, June 27, 2017

Servis Əsas səhifə Zaman :   Saturday, June 10, 2017 Xəbər kodu : 30276

İranda terrora hazırlaşan İŞİD ünsürləri yaxalandılar
Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi bu gün bir məlumatda İranda İŞİD terror qrupunun ünsürlərindən 41 nəfərin həbs olunmasından xəbər verib.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İranda terrora hazırlaşan İŞİD ünsürləri yaxalandılar

Məlumatda qeyd olunubdur ki, mürəkkəb təhlükəsizlik əməliyyatları silsisiləsinin, həmçinin Kermanşah, Kürdüstan, Qərbi Azərbaycan və Tehran vilayətləri əhalisinin həmkarlılqlarının ardınca terror əməliyyatları təchizatları və çoxlu sayda sənədlə yanaşı, əlaqə və hazırlıq körpüləri, həmçinin əməliyyat qruplarından təşkil olunmuş  İŞİD terror qrupunun ünsürlərindən 41 nəfər aşkarlanaraq hər cür hərəkətdən öncə həbs olunubdur.

 

Qeyd edək ki, İki terror dəstəsi çərşənbə günü eyni vaxtda İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (rə) pak məqbərəsi və İslam Şurası Məclisinin idarə işləri üzrə binasında kor terror hərəkətləri ilə İrandakı mövcud stabil və dinc şəraiti destabilliyə çevirməyə çalışıblar.

 

İki nəfərdən ibarət birinci terror dəstəsi İmam Xomeyninin (rə) məqbərəsinin həyətinə daxil olub. Birinci şəxs partlayış və ikinci şəxs isə təhlükəsizlik məmurları ilə atışmada öldürülüb.

 

İran Daxili İşlər Nazirliyinin bəyanatında bildirilib: 4 nəfərdən ibarət ikinci dəstə isə birinci əməliyyatla eyni zamanda İslam Şurası Məclisinin idarə məsələləri üzrə binasına daxil olmağa çalışıb. Məmurların reaksiyasından sonra onlardan biri partlayışda, qalan üç nəfər isə parlamentin yuxarı mərtəbələrində silahlı insident nəticəsində öldürülüb.

 

İran DİN bildirib: Bu terror aktları nəticəsində 17 nəfər şəhid olub, 52 nəfər də yaralanıb.

 

http://shabestan.ir/detail/News/634386

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده