خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

Həzrət Mehdi mövud mədəni mərkəzinin müdir müavini bildirdi:

Niyə görə İmam Zaman (ə) qeyb oldu?

Şəbistan xəbər agentliyi: Höccətül-islam Kəfil kiçik qeybət dövrünün İmam Zamanın (ə) imamətə çatdığı gün başladığını bildirərək, dedi: İmam Zaman (ə) atasının mübarək bədəninə cənazə namazı qıldıqdan sonra qeyb oldu. Bu qeyb olmanın səbəbini biz bilməliyik.

Servis Əsas səhifə Zaman :   Friday, June 09, 2017 Xəbər kodu : 30269

ABŞ beynəlxlaq İŞİD-dir
Şəbistan Xəbər Agentliyi: İran İslam Şurası Məclisinin sədri Tehranda törədilmiş son terror hücumlarını terrorçuların İranda dini demokratiyanın əsas mehvərləri üzərində təmərküzləşmələrinin nişanəsi adlandırıb.

Laricani: Amerika İrana qarşı yeni sanksiyalarla regional İŞİD-in kənarında durur

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Əli Laricani Tehran terror hücumları şəhidlərinin cənazələri ilə vidalaşma mərasimində bu gün İranın iki İŞİD-lə mübarizə apardığına işarə edərək, deyib: Bu gün biz regional İŞİD və beynəlxalq İŞİD ilə üzləşirik.

 

O, əlavə edib: Terrorizmin kökünü kəsmək istəyən kəslərin beynəlxalq İŞİD, yəni Amerika ilə mübarizə aparmaqdan başqa bir çarələri yoxdur.

 

İran İslam Şurası Məclisinin sədri ABŞ senatının son qərarı barədə isə belə deyib: Bu qərar terrorçulara dəstək və İrana qarşı yeni sanksiyaların tətbiqi istiqamətindədir.

 

O, əlavə edib: Bu gün amerikalıların həyasızlığı həddini aşıb, zira Sepah və Qüds qüvvələri terrorçulara qarşı ən mühüm regional döyüş qüvvələridirlər və Amerikanın bu hərəkəti onun regional terrorçuları müşayiət etdiyini göstərir.

 

Tehran terror hücumları şəhidlərinin cənazələri ilə vidalaşma mərasimi İslam İnqilabının Böyük Rəhbərinin ofis müdiri, icra, qanunvericilik və məhkəmə hakimiyyətlərinin başçıları, bir qrup nazir, parlament üzvü, ölkə və ordu rəsmisi, eləcə də şəhid ailələrinin iştirakı ilə keçirilib.

 

Tehran terror hücumları şəhidlərinin cənazələri Tehranın cümə namazı mərasimindən sonra son mənzilə müşayiət olunacaq.

 

http://shabestan.ir/detail/News/634331

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده