خبرگزاری شبستان

سه شنبه ۳ اردیبهشت ۱۳۹۸

الثلاثاء ١٨ شعبان ١٤٤٠

Tuesday, April 23, 2019

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Friday, June 9, 2017 Xəbər kodu : 30268

Xalqımız terrorizmin qarşısında sarsılmazdır
Şəbistan Xəbər Agentliyi: Tehranın müvəqqəti imamcüməsi son terror hadisələrinə işarə edərək, deyib: Xalqımız terrordan qorxmur və müqavimətli olmaqda davam edir.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, ayətullah Seddiqi Tehranın bugünkü cümə namazı xütbələrində çərşənbə günü törədilmiş terror hadisələrinə işarə edərək, əlavə edib: Bu terror hadisəsi zalım qüvvələr dünyasının məhsuludur.

 

Tehranın cümə namazı xitabətçisi söyləyib: Düşmənlər sələfilər vasitəsilə Əlqaidə, Taliban və İŞİD-in əsasını qoydular.

 

Tehranın müvəqqəti imamcüməsi vurğulayıb: Bu gün İran gəncləri daha çox qüdrətə və islami baxışa malikdirlər. Bu terrorlar heç bir zərbə vurmayacaq; İran xalqı müqavimətli olmaqda davam edir və heç vaxt dünyanın zalım qüvvələri və Amerikanın qarşısından geri çəkilməyəcəkdir.

 

Tehranın müvəqqəti imamcüməsi az bir xərclə terrorçuları yatırdıqlarına görə, hüquq-mühafizə, təhlükəsizlik və Sepah qüvvələrinə təşəkkür edib.

 

Ayətullah Seddiqi sonra Həzrət İmam Xomeyni(r.ə)-in şəxsiyyətinin özəlliklərinə işarə edib və belə deyib: Həzrət İmam Xomeyni(r.ə.) böyük qüdrətlə təpədən dırnağadək silahlanmış ateist cərəyanlar qarşısında dayandı.

 

Tehranın cümə namazı xitabətçisi həmçinin İran İslam İnqilabını dünya məzlumlarına məxsus və beynəlxalq bir inqilab adlandırıb.

 

http://shabestan.ir/detail/News/634345

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده