خبرگزاری شبستان

سه شنبه ۶ تیر ۱۳۹۶

الثلاثاء ٣ شوّال ١٤٣٨

Tuesday, June 27, 2017

Servis Əsas səhifə Zaman :   Thursday, June 08, 2017 Xəbər kodu : 30258

Terrorçuların şəxsiyyətləri aşkarlandı + Foto
Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası Təhlükəsizlik Nazirliyi çərşənbə günü Tehran terror hücumları amillərinin kimliyini elan edib və bildirib: Bu terror hücumları amilləri vəhhabi qruplar ilə əlaqəyə malik olublar.

Tehran terror hücumları törədənlər vəhhabi qruplara bağlı ünsürlər olublar

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İranın Təhlükəsizlik Nazirliyi cümə axşamı bir bəyanat yayaraq, bildirib: İran İslam Şurası Məclisi və İmam Xomeyni(r.ə)-in məqbərəsində törədilən terror hücumlarında iştirak edən İŞİD-in əməliyyat qrupunün 5 üzvü vəhhabi qrupları ilə əlaqəyə malik olan və uzun terrorçuluq fəaliyyətinə malikolan ünsürlər olublar.

 

İranın Təhlükəsizlik Nazirliyinin bəyanatında həmçinin deyilir: Bu ünsürlər İŞİD terror qruplaşmasına cəzb olunduqdan sonra ölkədən çıxaraq, İraqın şimalında, Mosul şəhərinvə və Suriyanın şimalında Rəqqədə İŞİD-in cinayətlərindəiştirak ediblər.

 

İranın Təhlükəsizlik Nazirliyinin bəyanatına əsasən bu terrorçular ötən ilin yayında İŞİD-in tanınmış komandanlarından olan "Əbu Aişə"nin komandanlığı altında İrana daxil olub və bir sıra şəhərlərdə terror aktları törətməyi qarşıya məqsəd qoysalar da, terror şəbəkəsinin tam şəkildə məhv edilməsi və terror aktlarını icra etməli olan qrupun aparıcı üzvləri o cümlədən Əbu Aişənin öldürülməsinin ardınca bu terrorçular İrandan qaçmışdılar.

 

Çərşənbə günü İran İslam Şurası Məclisinin inzibati binası və İmam Xomeyni(r.ə)-in məqbərəsində törədilən terror hücumlarında 17 nəfər həyatını itirmiş, 40-dan çox adam da yaralanmışdı.

 

 

http://shabestan.ir/detail/News/634242

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده