خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

Həzrət Mehdi mövud mədəni mərkəzinin müdir müavini bildirdi:

Niyə görə İmam Zaman (ə) qeyb oldu?

Şəbistan xəbər agentliyi: Höccətül-islam Kəfil kiçik qeybət dövrünün İmam Zamanın (ə) imamətə çatdığı gün başladığını bildirərək, dedi: İmam Zaman (ə) atasının mübarək bədəninə cənazə namazı qıldıqdan sonra qeyb oldu. Bu qeyb olmanın səbəbini biz bilməliyik.

Servis Əsas səhifə Zaman :   Thursday, June 08, 2017 Xəbər kodu : 30251

Ramazan Quran, özünütərbiyə və duaların qəbulu ayıdır
Şəbistan Xəbər Agentliyi: Ramazan ayında hər bir əməl, hətta yatmaq da Allaha ibadət sayılır. Ramazan ayının əhəmiyyəti o qədərdir ki, bu ayda bütün dualar qəbul olunur. Yəni indiyə kimi qəbul olmayan dualar ramazan ayında qəbul edilə bilər. Bütün bunlar ramazan ayının əzəmətini göstərir.

Höccətül - islam vəl - müslimin Əli Əkbər Vəhidi Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində ramazan ayının bizə bəxş etdiyi töhfələrdən danışdı.

 

O dedi: Ramazan ayı oddan xilas olmaq, Quranın və onun kənarında bütün nemətlərin nazil olduğu ayıdır.

 

Quranda ramazan ayını tərif edən və ona yüksək dəyər verən ayələri çoxdur. Belə ki, Ənam surəsinin 92, 155 – ci və başqa ayələrdə ramazan ayına toxunulmuşdur.

 

Bu ayın gündüzləri ən yaxşı gündüzlər, gecələri ən yaxşı gecələr, ləhzələri ən yaxşı ləhzələrdir. Belə ki, bəndə axirət azuqəsini bu ayda toplamalıdır.

Bu ayda insan dəyərləndirilmiş və Allahın qonaqlıgına çagrılmışdır. İnsan gecə - gündüz, sutka ərzində 360 min dəfə nəfəs çəkir və bütün bu nəfəslərin hamısı insan üçün təsbih və ibadət sayılır.

 

Bu ayın ən gözəl bəndələri o kəsdərdilər ki, Quran oxumaqdan qafil qalmazlar.

Ramazan ayında hər bir əməl, hətta yatmaq da Allaha ibadət sayılır. Çünki bu ramazan ayının əhəmiyyəti o qədərdir ki, bu ayda dualar da qəbul olunur. Yəni indiyə kimi qəbul olmayan dualar ramazan ayında qəbul edilə bilər. Bütün bunlar ramazan ayının əzəmətini göstərir.

 

http://shabestan.ir/detail/News/633449

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده