خبرگزاری شبستان

پنج شنبه ۲۳ آذر ۱۳۹۶

الخميس ٢٦ ربيع الأوّل ١٤٣٩

Thursday, December 14, 2017

Servis xəbərlərinin titri

İslami irşad və mədəniyyət nazirinin "Müdhammətan" Quran festivalına mesajı

Şəbistan xəbər agentliyi: İslami irşad və mədəniyyət naziri Seyyid Abbas Salihi "Müdhammətan" Quran müsabiqələrinin on ikinci dövrəsinin başlanması münasibəti ilə mesaj verdi.

Servis Əsas səhifə Zaman :   Wednesday, June 07, 2017 Xəbər kodu : 30245

Möminlər şeytanın və istismarçıların “boğazı” olmurlar
Şəbistan Xəbər Agentliyi: İnsan Allahın məxluqudur. Allah bəndəsini öncədən tanıdığından öz lütf və fəzli ilə insanın inkişaf üçün mənəviyyətı ona əta edir. İnsan da o mənəviyyat ilə mələklər alminə kimi qalxa bilir.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Höccətül - islam vəl - müslimin  Hüseyin Ənsarian çıxışlarının birində Qurasn və Əhli – beyt (ə) kəlamlarını “nur” adlandıraraq bildirdi ki, bəziləri bu nuru söndürmək ya qarşısını almaq istəmirlər. Onlar hədislərin baxışında insan görkəmində olan heyvandırlar.

 

Həqiqi möminlər isə Allahın kəlamı ilə düz yolu tapırlar. Qəlbləri Allahın kəlamları və məsumlarin sözləri ilə dirilir.

Allahın kəlamını eşitməyənlər və eşitmək istəmiyənlər isə ölülər və heyvanlardırlar.

 

İmam Əli (ə) - ın sözünə görə moizə insanın qəlbini dirildir.

 

Əhli - beytin (ə) kəlamı Allah tərəfindən söylənilən kəlamdır. İnsan ona qulaq asıb əməl etsə əzabdan xilas olacaqdır, dünya və axirətdə uca mərtəbələrə nail ola biləcəkdir. Günah isə qəlbi və imanı məhv edər.

 

İnsan Allahın məxluqudur. Allah bəndəsini öncədən tanıdığından öz lütf və fəzli ilə insanın inkişaf üçün mənəviyyətı ona əta edir. İnsan da o mənəviyyat ilə mələklər alminə kimi qalxa bilir.

 

Insan bilməlidir ki, o Allahın yer üzündəki xəlifəsidir, buna görər də o, şeytanın, istismarçı qüvvələrin və işğalçıların onun ağzı ilə danışmasına, yəni onla üçün boğaz və tribuna olmasına icazə verməməlidirlər.

 

http://shabestan.ir/detail/News/633508

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده