خبرگزاری شبستان

پنج شنبه ۳ اسفند ۱۳۹۶

الخميس ٧ جمادى الثانية ١٤٣٩

Thursday, February 22, 2018

Servis xəbərlərinin titri

Həzrət Zəhranı (s) dünya xalqlarına tanıtdırmaq İslama və dünyadakı qadınlara edilən dəyərli yaxşılıqdır

Şəbistan xəbər agentliyi: Fars şəhərinin qadınlar elmi hövzəsinin mədəniyyət işləri üzrə müavini dedi: Şübhəsiz o Həzrəti tanımaq üçün atılan hər bir addım bizi o əzəmətli xanımdan örnək götürməkdə, itaət etməkdə və o Həzrəti dünya xalqlarına tanıtdırmaqda daha da istiqamətli edir. Bu da İslama və dünyadakı qadınlara edilən dəyərli bir yaxşılıq sayılır.

Seçilmiş xəbərlər

Servis Əsas səhifə Zaman :   Wednesday, June 07, 2017 Xəbər kodu : 30243

İmam Zaman (ə) Allahın qeyb nişanələrindəndir
Şəbistan Xəbər Agentliyi: Qurani - Kərim və Əhli - beytin (ə) kəlamları ilə ünsiyyət quran və onlara tabe olan insanlar elə çiraq əldə edirlər ki, onun ziyası hər bir işə və sahəyə düşür.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Höccətül - islam vəl - müslimin  Məhəmməd Məhəmmədi Mir Baqiri ramazan ayının münasibəti ilə düzənlənən mərasimdəki çıxışlarının birində dedi: Uca Allah Peyğəmbərimiz (ə) və Əhli – beyti (ə) insanların hidayəti üçün göndərmişdir.

 

İnsanların hidayətı üçün lazım olan hər bir bilgilər Qurani - Kərim və Əhli – beytin (ə) hədislərində toplanmışdır. Konsepsiya və proqram halında verilən bu düzgün yönəltmələrin barəsində araşdırma aparmaq üçün Qurani - Kərim və Əhli – beytin (ə) kəlamları ilə ünsiyyət qurmalıyıq. Qurani - Kərim və Əhli - beytin (ə) kəlamları ilə ünsiyyət quran və onlara tabe olan insanlar elə çiraq əldə edirlər ki, onun ziyası hər bir işə və sahəyə düşür, onlar hətta İmam Zamanın (ə) da hidayət rolunu yerinə yetirmək məqamını əldə edə bilirlər.

 

İmam Zaman (ə) Allahın qeyb nişanələrindəndir

 

Allah öz nurunı Əhli - beytdə (ə) qoymuşdur. Varlıq onların vasitəsi ilə gercəkləşir, xilqətlə bağlı fikir və iradələr həyata keçə bilir. Düşmənlər isə bu nuru söndürməyə çalışırlar, lakin Allah onun söndürülməsinə icazə vermir, onun ziyasını hər tərəfə salır.

 

İmam Zaman (ə) haqqın tam cilvəsi və təzahürüdir. O batili məhv edəcəkdir, onun zühurı ilə ədalətə təşnə olan insanlar sirab olacaqlar.

 

http://shabestan.ir/detail/News/633504

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده