خبرگزاری شبستان

چهارشنبه ۲۶ مهر ۱۳۹۶

الأربعاء ٢٨ المحرّم ١٤٣٩

Wednesday, October 18, 2017

Servis xəbərlərinin titri

Aşura ziyarəti İmam Hüseynlə (ə) mənəvi birliyin nümayişi (4-cü hissə)

Aşura ziyarətindəki lənətlər kin-küdurət üzündən deyil

Şəbistan xəbər agentliyi: Ya İmam Hüseyn (ə)! Mən sizin xəttinizdən ayrı xəttə nifrət bəsləməklə bəndəliyimi möhkəm edirəm. Bu nifrət vasitəsi ilə sizə tərəf gəlirəm. Çünki, cəhətsiz nifrətlər insanı sıxır və yorur.

Servis Əsas səhifə Zaman :   Wednesday, June 07, 2017 Xəbər kodu : 30238

İŞİD Tehranda törədilən terror aktlarının məsuliyyətini üzərinə götürüb
Şəbistan Xəbər Agentliyi: İŞİD terror qruplaşması bu gün Tehranda törədilən terror aktlarının məsuliyyətini üzərinə götürüb.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, silahlı şəxslər bu gün səhər qadın geyimində İran parlament binasına girdikdən sonra parlamentin mühafizə qüvvələri ilə toqquşub və onlara doğru atəş açıblar. Nəticədə bir neçə nəfər şəhid olub və yaralanıb.

 

4 silahlı terrorçu da Tehranın cənubunda Həzrət İmam Xomeyninin (rə) pak məqbərəsinə girərək atəş açmağa başlayıblar. Nəticədə bir nəfər şəhid olub və dörd nəfər də yaralanıb.

 

Qarşıdurma nəticəsində terrorçulardan biri üzərindəki partlayıcı qurğunu işə salıb. Yaraqlılardan biri hüquq-mühafizə qüvvələri tərəfindən öldürülb və yaralanan digər yaraqlı qadın həbs olunub.

 

İranın Təhlükəsizlik Nazirliyinin anti-terrorizm idarəsinin baş direktoru deyib: Bu gün səhər Tehran şəhərində bir neçə terror dəstəsi terror aktı törətmək istəyib. Bir dəstənin üzvləri heç bir əməliyyat keçirə bilmədən həbs olunublar.

 

Tehran valisi Hüseyn Haşimi də jurnalistlərlə müsahibədə İmam Xomeyni (rə) məqbərəsi və İran parlamentindəki terror aktlarına toxunaraq deyib: Hər iki məkanda vəziyyət təhlükəsizlik qüvvələrinin nəzarətindədir.

 

İŞİD terror qruplaşması bu gün Tehranda törədilən terror aktlarının məsuliyyətini üzərinə götürüb.

 

http://shabestan.ir/detail/News/634033

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده