خبرگزاری شبستان

چهارشنبه ۲۶ مهر ۱۳۹۶

الأربعاء ٢٨ المحرّم ١٤٣٩

Wednesday, October 18, 2017

Servis xəbərlərinin titri

Aşura ziyarəti İmam Hüseynlə (ə) mənəvi birliyin nümayişi (4-cü hissə)

Aşura ziyarətindəki lənətlər kin-küdurət üzündən deyil

Şəbistan xəbər agentliyi: Ya İmam Hüseyn (ə)! Mən sizin xəttinizdən ayrı xəttə nifrət bəsləməklə bəndəliyimi möhkəm edirəm. Bu nifrət vasitəsi ilə sizə tərəf gəlirəm. Çünki, cəhətsiz nifrətlər insanı sıxır və yorur.

Servis Əsas səhifə Zaman :   Wednesday, June 07, 2017 Xəbər kodu : 30223

Kanadada müsəlman xanımlara yeni yardım mərkəzi təsis ediləcək
Kanadanın Ontaryo əyalətinin cənub- qərbində yerləşən "Vindzor" şəhərində müsəlman xanımlara yeni yardım və dəstək mərkəzi yaradılacaq.

ŞƏBİSTAN xəbər agentliyinin verdiyi xəbərə görə, Kanadanın Ontaryo əyalətinin cənub- qərbində yerləşən "Vindzor" şəhərində müsəlman xanımlara yeni yardım və dəstək mərkəzi yaradılacaq.

İNA (Beynəlxalq İslam Xəbər Agentliyi) xəbər və informasiya portalının yaydığı bu xəbərdə deyilir ki, yeni təsis ediləcək mərkəz cari ilin Avqust ayında öz işinə başlayacaqdır.

Bu mərkəz müsəlman xanımların dini və ictimai zəmində xüsusi ehtiyaclarını təmin etmək və onların istəklərinə cavab vermək məqsədi ilə yaradılacaqdır.

Məhviş Əyyub – müsəlman xanımlara yeni dəstək və kömək mərkəzi yaradılması layihəsinin rəhbəri, bu barədə deyib: Bu mərkəz yaradılır ki, cəmiyyətdə təhqir və tənqidə məruz qalan müsəlman xanımların öz şikayətlərini demək və dəstək almaq üçün sığınacaq yerləri olsun. Halbuki, hər bir cəmiyyətdə mədəniyyət həssaslığı, irqi, dini və mənədi fərqliliyə hörmətlə yanaşılmalıdır.

O əlavə edib: Yeni yaradılacaq mərkəzin ictimai xidmət işçiləri Ərəbcə söhbət edəcəklər və dəstək və yardıma ehtiyacı olan müsəlman xanımları mərkəzə yönəldəcəklər.

Müsəlman xanımlara yeni yardım mərkəzi "Nisa Homes" müəssisəsinin nəzarəti ilə təsis ediləcək və fəaliyyət göstərəcəkdir. Bu müəssisə indiyədək bu məqsədlə digər regionlarda da iki mərkəz təsis etmişdir.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده