خبرگزاری شبستان

پنج شنبه ۳ اسفند ۱۳۹۶

الخميس ٧ جمادى الثانية ١٤٣٩

Thursday, February 22, 2018

Servis xəbərlərinin titri

Həzrət Zəhranı (s) dünya xalqlarına tanıtdırmaq İslama və dünyadakı qadınlara edilən dəyərli yaxşılıqdır

Şəbistan xəbər agentliyi: Fars şəhərinin qadınlar elmi hövzəsinin mədəniyyət işləri üzrə müavini dedi: Şübhəsiz o Həzrəti tanımaq üçün atılan hər bir addım bizi o əzəmətli xanımdan örnək götürməkdə, itaət etməkdə və o Həzrəti dünya xalqlarına tanıtdırmaqda daha da istiqamətli edir. Bu da İslama və dünyadakı qadınlara edilən dəyərli bir yaxşılıq sayılır.

Seçilmiş xəbərlər

Servis Əsas səhifə Zaman :   Saturday, May 27, 2017 Xəbər kodu : 30108

“Oruc əxlaqı” kitabı
Şəbistan Xəbər Agentliyi: Oruc tutanlar, əgər həqiqi oruc tutan sayılmaq istəyirlərsə insani vəzifə və əxlaqa da riayət etməlidirlər. Bu əxlaqa yiyələnmək üçün birinci onu tanımaq lazımdır. Şəhid Sədrin qələmə aldıgı “Oruc əxlaqı” kitabı da məhz bu məqsəd üçün yazılmışdır.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İmam Musa Sədr tərəfindən qələmə alınan “Oruc əxlaqı” kitabı Ətaullah İftixari tərəfindən tərcümə edilmiş və İmam Musa Sədrin adını daşıyan Mədəni Araşdırmalar Müəssisəsi tərəfindən çapa verilmişdir.

 

“Oruc əxlaqı” kitabında ramazan ayı və oruc barəsində dəyərli məlumatlar toplanmışdır. Burada orucdan, nəfslə mübarizədən, zəkatdan tutmuş ta Fitr bayrama kimi lazım olan məlumat toplanmışdır.

 

Kitabda deyilir: Orucun adab və şərtləri vardır ki, oruc tutan öz orucunun qəbul etilməsi üçün bu şərtlərə riayət etməlidir. Oruc tutanlar, əgər həqiqi oruc tutan sayılmaq istəyirlərsə, aclıgın kənarında və fəqirlərin, yoxsulların vəziyyətini yaşamalarının kənarında insani vəzifə və əxlaqa da riayət etməlidirlər. Onlar ülvi və ilahi əxlaqi özlərinin üzərində canlandırmalıdırlar, lakin bu əxlaqa yiyələnmək üçün birinci onu tanımaq lazımdır. Bu sahədə dəyərli kitabları oxumaq həmin hədəfə qovuşmaqda kömək edəcəkdir. Şəhid Sədrin qələmə aldıgı “Oruc əxlaqı” kitabı da məhz bu məqsəd üçün yazılmışdır.

 

http://shabestan.ir/detail/News/631649

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده