خبرگزاری شبستان

پنج شنبه ۲۵ مهر ۱۳۹۸

الخميس ١٨ صفر ١٤٤١

Thursday, October 17, 2019

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Friday, May 26, 2017 Xəbər kodu : 30079

Ruhani əsl İslam mədəniyyətinin avanqardı olmalıdır
Şəbistan Xəbər Agentliyi: Bu ayın bərəkətləri çoxdur. Buna görə də bizə bu fürsəti verdiyinə və ramazan ayını dərk etdiyinə görə Allah təşəkkür edib, minnətdar olmalıyıb.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, höccətül - islam vəl - müslimin  Əli Rzayi dünən ramazan ayından danışarkən dedi: Ramazan bərəkət, rəhmət və mərhəmət ayıdır. Allah ramazan ayında bir çox fəzilətlər qoymuş və bu ayı ilin ən fəzilətli ayı qərar vermişdir.

 

Bu ayın bərəkətləri çoxdur. Buna görə də bizə bu fürsəti verdiyinə və ramazan ayını dərk etdiyinə görə Allah təşəkkür edib, minnətdar olmalıyıb.

 

O ramazan ayını dini təblig üçün müstəsna bir fürsət sayaraq bildirdi ki, bu ayda Quranın mesaj və peygamları xalqa çatdırılmalıdır. Bu ruhanilərin çiynində olan agır bir vəzifədir.

 

“ Qurani Kərim ən böyük üstünlüyü dini təbligatçılara aid etmişdir. Alimin qələm və sözü şəhidin qanından daha da üstündür. Allahın hökmlərini, din və şəriəti təblig edənlər ilk növbədə özləri əməl etməlidirlər, daha sonra başqalarından istəməlidirlər ki, əməl etsinlər. Təbligatçılar əsil İslam mədəniyyətini təqdim etməli, cəmiyyətdə baş verən mövhumat və xurafatçılıgın qarşısını almalıdırlar.

 

Ruhanilər bu gün zamanın tələblərini bilməli və müasir proseslərdən agah olmalıdırlar”, - deyə höccətül - islam vəl - müslimin  Əli Rzayi vurğuladı.

 

Cəmiyyətdə baş qaldıran və tugyan edən batil firqələr haqqında danışan ruhani bildirdi ki, xüsusən məhdəviyyət sahəsində bəzi iddialar ortaya qoyulur. Bunlara qarşı mübarizələr aparmaq lazımdır.

 

Narkomaniya, talaq, hicab, iffət, ailənin dagılması kimi problemlər cəmiyyətdə vardır ki, onlar xalqı səfərbər edərək həll edilməlidir.

 

http://shabestan.ir/detail/News/631374

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده