خبرگزاری شبستان

دوشنبه ۴ تیر ۱۳۹۷

الاثنين ١٢ شوّال ١٤٣٩

Monday, June 25, 2018

Servis xəbərlərinin titri

Azərbaycanda “İran mədəniyyət həftəsi” keçiriləcək

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikasının Azərbaycan Respublikasında mədəniyyət həftəsi İranın islami mədəniyyət və irşad naziri və ölkəmizin bir qrup incəsənət xadiminin iştirakı və müxtəlif mədəni proqramların icra edilməsi ilə Bakıda və Gəncədə başlanacaq.

Servis Əsas səhifə Zaman :   Friday, May 26, 2017 Xəbər kodu : 30074

Bəsirət və təqva idarəçiliyin açarıdır
Şəbistan Xəbər Agentliyi: İmam Əli (ə)-a edilən təkliflərdən biri də bu idi ki, deyirdilər Müaviyəni indiki vəziyyətdən vəzifədən kənarlaşdırma, qoy sənin hakimiyyətin möhkəmlənsin, güclənsin. Lakin İmam Əli (ə) qəbul etmədi

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, höccətül - islam vəl - müslimin Seyid Yəhya Cəfəri ötən gün rəsmi toplantıların birindəki çıxışında dedi: Əgər Allah üçün iş görüb hər hansı bir vəzifəni qəbul ediriksə, fərqi yoxdur başda oturaq ya aşagıda.

 

O bildirdi ki, əgər bizdə bəsirət və təqva olsa, ölkəni idarə etmək asan olacaqdır. Ola bilər ki, hər hansı bir müdir olduqca ləyaqətli və məharətli olsun, təcrübəli olsun, lakin buna baxmayaraq bir qrup insan ondan narazı qalsın. Bu təbidir, çünki Peygəmbər (s) və İmam Əli (ə) - dan üstün şəxsiyyətimiz yoxdur. Eyni zamanda bir dəstə insan onların idarəçiliyindən narazı idi. Sonda da Həzrəti Əli (ə)-ı elə bunun üstündə şəhid etdilər.

 

İmam Əli (ə)-a edilən təkliflərdən biri də bu idi ki, deyirdilər Müaviyəni indiki vəziyyətdən vəzifədən kənarlaşdırma, qoy sənin hakimiyyətin möhkəmlənsin, güclənsin. Lakin İmam Əli (ə) qəbul etmədi və dedi ki, bir an belə icazə vermiyəcəm ki, ləyaqətsiz insan Şamın hakimi olsun.

Natiq daha sonra bildirdi ki, hər hansı bir məsul şəxs bütün sahələri nəzərə alsa, hərtərəfli baxışla idarəçiliyinə davam etdirsə və öz vəzifəsin düzgün yetirsə, əhalinin əksəriyyəti ondan razı olacaqdır və belə bir şəxs yaxşı idarəçi və müdir sayılır.

 

“Biz belə tərbiyə almamaışıq ki, haqqın qarşısında boyun əyək. Hər hansı bir müdir, əgər öz işcisini çıxartmaq və yaxud da kı dəyişmək istəsə çoxlu problemlərlə üzləşir. Bir halda ki, Əgər Allah üçün iş görüb hər hansı bir vəzifəni qəbul ediriksə, fərqi yoxdur başda oturaq ya aşagıda”.

 

http://shabestan.ir/detail/News/631321

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده