Servis Əsas səhifə |
|
Zaman : |
Thursday, May 25, 2017 |
|
Xəbər kodu : |
30061 |
İqtisadiyyatın dayanmış motoru islam təlimləri ilə işə düşə bilər
Şəbistan Xəbər Agentliyi: Əhli - beyt (ə) məktəbində iqtisadi konsepsiyaların əsaslarından biri istehsalat və işdir. Bu məktəbdə tənbəllik, işsizlik, mənbə və potensiyallardan istifadə etməmək qınanılıır. Göstərilir ki, hər kəsin suyu və torpagı ola, bununla belə susuz qala, Allah onu öz rəhmətindən uzaq edib.
|
Höccətül - islam vəl - müslimin Seyid Qasim Raziqi Musəvi Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində islam təlimləri və Əhli - beyt (ə) maarifinə söykənərək iqtisadiyyatın dirçəldirlməsini mümkün saydı və bildirdi ki, məsum imamlarımızın həyat tərzi iqtisadi modellər və təlimlər ilə doludur. Biz Əhli - beytin (ə) yaşam tərzindən standartlar və örnəkləri çıxara və cəmiyyətə təqdim edə bilərik.
O daha sonra əməli misallar vurdu: Əhli - beyt (ə) məktəbində iqtisadi konsepsiyaların əsaslarından biri istehsalat və işdir. Bu məktəbdə tənbəllik, işsizlik, mənbə və potensiyallardan istifadə etməmək qınanılıır. Göstərilir ki, hər kəsin suyu və torpagı ola, bununla belə susuz qala, Allah onu öz rəhmətindən uzaq edib.
Quran ayəsində göstərilir ki, Allah heç zaman möminlərin zərərinə kafirlər üçün bir yol qoymamışdır.
وَ لَنْ يَجْعَلَ اللَّهُ لِلْکافِرينَ عَلَي الْمُؤْمِنينَ سَبيلاً
Bu ayədən görsəndiyi kimi, mədəni, ictimai, iqtisadi və həyatın bütün başqa sahələrində müsəlmanlar kimisə özlərinə üstün edəcək sazişlər, müqavilələr və əməllərə yol verməməlidirlər. Deməli, İslam dini müsəlmanların özlərinə söykənməyin, özünəgüvən iqtisadiyyatını əldə etmələrini tövsiyə edir.
http://shabestan.ir/detail/News/631168