خبرگزاری شبستان

پنج شنبه ۷ بهمن ۱۴۰۰

الخميس ٢٤ جمادى الثانية ١٤٤٣

Thursday, January 27, 2022

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, May 1, 2017 Xəbər kodu : 29820

Pentaqon Suriya və İraqda 352 nəfər dinc sakin öldürüdüyünü etiraf etdi
Şəbistan Xəbər Agentliyi: ABŞ ordusu ötən gün məlumat verib ki, İŞİD-ə qarşı Suriya və İraqda başlayan koalisiya qüvvələrinin son 3 il ərzində hücumları nəticəsində 352 nəfər dinc sakin öldürülüb.

ABŞ ordusu ötən gün məlumat verib ki, İŞİD-ə qarşı Suriya və İraqda başlayan koalisiya qüvvələrinin son 3 il ərzində hücumları nəticəsində 352 nəfər dinc sakin öldürülüb.

 

Məlumatı “İnherent Resolve Operation” – ABŞ-da İŞİD-ə qarşı keçirilən əməliyyatları həyata keçirən qurum yayımlayıb. “İnherent Resolve Operation” – 2014-cü ildə təsis edilib və İŞİD-ə qarşı vuruşmaq üçün regional partnyorlarla birlikdə hərbi əməliyyatlar keçirir.

 

Qurumun yayımladığı bəyanatda deyilir ki, “koalisiya qüvvələrinin istəmədən də olsa səbəb olduğu mülki şəxslərin ölümünə görə peşmanıq”.

 

Fevral ayında verilən məlumatda 252 nəfər dinc sakinin öldüyü bəyan edilmişdi, lakin son 2 ay ərzində bu rəqəminin 352-yə çatması ciddi şəkildə ölüm hallarının artdığını göstərir.

 

Bundan əlavə, Mosulda aparılan əməliyyatlar da daxil olmaqla, ümumiyyətlə, daha 42 hesabatın da hələ də hazırlandığını ordu bəyan edib. Mosulda gedən döyüşlərdə çoxlu dinc əhalinin öldürüldüyü bildirilir.

 

Dinc sakinlərin öldürülməsi barəsində daha 17 hesabatın inandırıcı olmadığı bildirilir. 2017-ci ilin mart ayından bu yana koalisiya qüvvələri 20000 dəfə hücum ediblər.

 

Hərbçilər mülki şəxslərin ölümlərinin qarşısını almaq istədiyini bildiriblər. ABŞ-nin Mərkəzi Komandanlığının komandanı general Jozef Votel deyib ki, bunun qarşısını almaq üçün daha təcrübəli və təlim keçilmiş hərbçilər göndərilməlidir (CNN).

 

Pentaqon bəyan edib ki, hazırda sivil ölümlər haqqında verilən hesabatlar yoxlanılmaqdadır, lakin ümumiyətlə, real rəqəmi vermək çətindir. Belə ki, hesabatlar döyüşdəki hərbçilər və digər şahidlər dedikləri, hücumların video görüntüləri və s. edilən analizlər əsasında hazırlanır.

 

“Airway” monitorinq qrupu isə bəyan edib ki, dinc əhalinin ölüm faktları haqqında statistik məlumat Pentaqonun hesabatından da çoxdur (musavat).

 

http://shabestan.ir/detail/News/625655

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده