خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı

İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir

Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Servis Əsas səhifə Zaman :   Friday, April 21, 2017 Xəbər kodu : 29676

İŞİD Parisdəki terror hücumunun məsuliyyətini üzərinə götürdü
Şəbistan Xəbər Agentliyi: Cümə axşamı iki polis zabitinin həlak olması və bir turistin yaralanması ilə nəticələnən Parisin Şanzeliza küçəsində silahlı insident ardınca Fransa hökuməti fövqəladə iclas keçirib.

Fransada terrorçularla atışmanın ardından kökumət fövqəladə iclas keçirdi

 

Şəbistan Xəbər Agentliyi “Frans press ”ə istinadən xəbər verir ki,Fransa prezidenti Fransua Olland bu iclasdan sonra Şanzeliza küçəsində silahlı insident haqda danışacaq.

 

Fransa polisi silahlı insidenti törədənlərdən birinin öldürüldüyünü bildirib.

 

Hadisədən sonra Fransa polis helikopterləri Paris şəhərinin səmasında reydlər keçirir.

 

Zəfər Tağı və Konkord meydanına bitişən bütün küçələr polis tərəfindən mühasirəyə alınıb.

 

Fransa polisi vətəndaşları Şanzeliza küçəsinə girməməyə çağırıb.

 

Fransa 2015-ci ildən analoqu olmayan terror aktları ilə üzləşib.

 

13 noyabr 2015-ci ildə Paris və 14 iyul 2016 - cı il Nis terror aktlarında 210-dan çox vətəndaş həlak olub. İŞİD terror qruplaşması bu iki terraktın məsuliyyətini üzərinə götürüb.

 

Qərb ölkələri, o cümlədən Fransa Yaxın Şərq, xüsusilə Suriyada yerləşən terrorçulara kömək etmək üçün heç bir səyi əsirgəməyiblər. Hal-hazırda İŞİD terror qruplaşmasının Avropa ölkələri öz ölkələrinə qayıtmaqda və terror aktları törətməkdədirlər.

 

Bu gün yayımlanan başqa bir xəbərdə deyilir:

 

“İŞİD terror qruplaşması bir bəyanatda bu silahlı insidentin məsuliyyətini üzərinə götürüb”.

 

İŞİD terror qruplaşması cümə axşamı Parisin mərkəzində yerləşən Yelisey çölləri ərazisindəki atışmaya görə məsuliyyəti üzərinə götürüb.

Silahlı insident nəticəsində iki polis ölüb. Hücum edən şəxs zərərsizləşdirilib.

 

http://shabestan.ir/detail/News/623659

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده