خبرگزاری شبستان

جمعه ۸ اردیبهشت ۱۳۹۶

الجمعة ٢ شعبان ١٤٣٨

Friday, April 28, 2017

Seçilmiş xəbərlər

Servis Əsas səhifə Zaman :   Friday, April 21, 2017 Xəbər kodu : 29675
Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmani:
Prezidentliyə namizədlər yerinə yetirilməyəcək vədlər verməməlidirlər
Şəbistan Xəbər Agentliyi: Tehranın bu həftəki cümə namazının xətibi Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmani: İran xalqı qarşıdakı seçkilərdə irimiqyaslı iştirakı ilə İslam Respublikasının qüdrətini əks etdirəcək.

“İran xalqı qarşıdakı seçkilərdə irimiqyaslı iştirakı ilə İslam Respublikasının qüdrətini əks etdirəcək”.

 

Bunu Tehranın bu həftəki cümə namazının xətibi deyib.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Tehranın bu həftəki cümə namazı müvəqqəti imam cümə Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmaninin imaməti ilə qılınıb.

 

Cümə namazı xütbələrində xalqın seçkilərə həssas şəkildə yanaşdığını diqqətə çatdıran imam cümə xatırladıb: İran xalqı öz möhtəşəm iştirakı ilə İslam Respublikası quruluşunun möhkəm xalq dəstəyinə malik olduğunu əks etdirəcək.

 

Tehranın bu həftəki cümə namazının xətibi vətəndaşların namizədlərin müsbət və mənfi parametrlərini diqqət mərkəzində saxlamalı olduqlarını deyib: Səlahiyyətləri təsdiqlənən namizədlər yerinə yetirilməyəcək vədlər verməməlidirlər.

 

Ayətullah Müvəhhidi Kirmani həmçinin ABŞ-ın Suriyanın Homs vilayətində Əş - Şəirat hava bazasına hücumuna münasibət bildirib: ABŞ-ın Suriyaya hücumu unudulası deyil.

 

Tehranın müvəqqəti imam cüməsi amerikalıların cinayət və xəbisliklərnin hər gün daha artdığını deyib: ABŞ həmişə ölkələri zəiflətməklə onları məhvə sürükləməyə çalışır.

 

http://shabestan.ir/detail/News/623686

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده