خبرگزاری شبستان

جمعه ۸ اردیبهشت ۱۳۹۶

الجمعة ٢ شعبان ١٤٣٨

Friday, April 28, 2017

Seçilmiş xəbərlər

Servis Əsas səhifə Zaman :   Friday, April 21, 2017 Xəbər kodu : 29672

Yəqin əhli günahın batinini görər
Şəbistan Xəbər Agentliyi: Yəqin əhli sədaqət və saflıgın ən yüksək dərəcəsinə yetişərlər. İmam Əli (ə)-ın buyurduglarına əsasən düzlük və düz danışmaq yəqin əhlinin xüsusiyyətlərindəndir.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri quransevərlərin qarşısındakı çıxışında dedi: Bəzən yəqin axirətə əqli dəlillər və fəlsəfi arqument üzündən olar. Bəzən isə qəlbi müşahidələr vasitəsi ilə baş verir. Bu növ yəqin daha yüksək bərəkət və mənəviyyata malikdir.

 

Yəqin əhli sədaqət və saflıgın ən yüksək dərəcəsinə yetişərlər. İmam Əli (ə)-ın buyurduglarına əsasən düzlük və düz danışmaq yəqin əhlinin xüsusiyyətlərindəndir.

 

İnsan nə qədər qəlbi müşahidələrlə yəqinə çatsa, onun sədaqət və düzgünlüyü daha çox olacaqdır. İmam Sadiq (ə)-bu barədə buyurur: Həqiqi səadət bundan ibarətdir ki, insan Allahdan başqa heç bir şeyi ixtiyar etməsin və öz nəfsi istəklərini ona üstün saymasın. Allah və qiyamətə yəqin üzündən tapınanlar daha artıq ixlas və şücaətə malik olurlar. İmam Sadiq (ə) bu barədə buyurur ki, yəqin əhli Allaha tapıntıqlarına görə heç bir şeydən qorxub və vahiməyə düşmürlər.

 

Ayətullah daha sonra ismət məqamı ilə qəlbi yəqin dərəcəsinin əlaqəsindəndə danışdı:Günahdan imtina edən insan ismət və məsumluq məqamına yetişər. O günahın batilini görər. Buna görə də Əhli - Beyt (ə) məsumları heç zaman günah etməyə rəgbət göstərmirdilər.

 

http://shabestan.ir/detail/News/623508

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده