خبرگزاری شبستان

جمعه ۲۷ مرداد ۱۳۹۶

الجمعة ٢٦ ذو القعدة ١٤٣٨

Friday, August 18, 2017

Servis Əsas səhifə Zaman :   Friday, April 21, 2017 Xəbər kodu : 29671

Axirzəmanda müntəzirlərin rəqabəti
Şəbistan Xəbər Agentliyi: İmam Səccad (ə) – dan gələn bir rəvayətdə göstərilir ki, axirəz - zəman insanları Məhəmməd Peygəmbərin ümmətinin möminlərinin ən yaxşı kişiləridirlər.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, höccətül - islam vəl - müslimin  Əlirza Pənəhian “İntizarın son mərhələsi” mövzusunda etdiyi çıxışında dedi: Axirəz - zəman barəsində ancaq pisliklər eşidirik. Nə qədər pislik baş verəcəkdirsə, onun kənarında gözəlliklər də olacaqdır. Yaxşı olardı kı, bunlardan da danışaq və bunları da eşidək, çünkü axirəz - zəman yalnız zülmət qaranlıq və pisliklərdən ibarət deyil. Əksinə, ən gözəl və ən yaxşı xeyir işlər də bu dövrdə baş verəcəkdir.

 

Öz zehn və ruhumuzda axirəz - zəman dövrünün gözəlliklərini canlandıraq və bu gözəlliklər müsabiqəsində, yarışmasında rəgabətə girib dala qalmayaq. İmam Səccad (ə) – dan gələn bir rəvayətdə göstərilir ki, axirəz - zəman insanları Məhəmməd Peygəmbərin ümmətinin möminlərinin ən yaxşı kişiləridirlər. Onlar qeybət dövründə elə yüksək bir imana sahibdirlər ki, elə bil ki, zəmanənin imamını görürlər və onun hörmətini saxlayırlar. Elə bil ki, peygəmbərimizin xeymə və çadırında ya onun arxasında miniyin kənarında fədakarlıq göstərirlər. Başqa bir hədisdə isə buyurulur ki, axirəz - zəmanın imanlı insanları elə bil Məhəmməd Peygəmbərin arxasında onun əsgəri olaraq qılınc çalırlar.

 

Həvəsləndirmək, zövq etmək tərbiyəvi metotdur. Belə ki, Allah, onun elçilər və övliyaları bizi inkişaf etdirmək və surətimizi artırmaq üçün ayə və rəvayətlərdə bu üslubdan istifadə etmişlər.

 

Bununla belə bəzən İblis insanı məyus edir. Və onu aldadıb məgrur edir, lakin yaddan çıxartmamalıyıq ki, biz axirəz - zəmanda elə bir dövrdə yaşayırıq ki, Peygəmbər (s) və Əmirəl - möminin (ə) bu dövürünün insanlarını görmək şövqi ilə yaşayırdılar.

 

http://shabestan.ir/detail/News/621934

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده