خبرگزاری شبستان

جمعه ۸ اردیبهشت ۱۳۹۶

الجمعة ٢ شعبان ١٤٣٨

Friday, April 28, 2017

Seçilmiş xəbərlər

Servis Əsas səhifə Zaman :   Friday, April 21, 2017 Xəbər kodu : 29670

Gələn haqq və gedən batil
Şəbistan Xəbər Agentliyi: Həzrəti Mehdi (ə)- haqq və Allah qoşununun sərkərdəliyini öz ixtiyarın alacaq, bütün gücü ilə küfr və batilə qarşı, şeytanın düşmənlərinə qarşı mübarizəyə qalxacaqdır.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, höccətül - islam vəl - müslimin Xudamurad Süleyman özünün “Xalqın Həzrəti Mehdi (ə)-ın ümumdünyəvi inqilabındakı rolu” əsərində yazır:

 

İnsan öz ictimai həyatında həmişə haqq və batilin cəbhəsini müşahidə edir və bu qruplarda birinin üzvü olur. Əslində bu cəbhələşmə insanın öz hədəf və amalına yetişmək üçün bir vəsilədir. Yəni bəziləri haqq dəstəsinin və bəziləri isə batil zümrənin əhli olurlar.

 

Bəzilər belə qənaətdədirlər ki, bu mübarizənin sonu zülmət və uçrumdur, lakin dini təlimlərdə bu toqquşmalar və bu qarş durmalar batilin tamamən məhv ediləcəy günə kimi davam edəcəkdir. Belə ki, o zaman dünya Allahın istədiyi və Allahın ideaları ilə yaşadıgı bir topluma çevriləcəkdir. Bu zaman həmin mübarizə qutaracaq. Haqq ordusu qələbə çalıb batilin hakimiyyətinə son qoyacaqdır. Bu isə bəşəriyyət tarixinin yeni dövrünün başlancıgıdır.

 

Bəzi hədislərdə “haqq gəldi və batil getdi” mənasını ehtiva edən ayəni İmam Mehdi (ə)-ın qiyamına yozulur. Bu yer üzündə haqqın batilə və imanın küfrə qalib gəlməyinin bir ümid göyərçinidir.

 

Haqqın gəlişinin ən böyük daşıyıcısı haqq və ədalət hökumətinin bütün yer üzündə olmasıdır. Həzrəti Mehdi (ə)- haqq və Allah qoşununun sərkərdəliyini öz ixtiyarın alacaq, bütün gücü ilə küfr və batilə qarşı, şeytanın düşmənlərinə qarşı mübarizəyə qalxacaqdır. O qələbə çalıb Allahın son vədələrini həyata keçirdəcəkdir və beləliklə də, tarix özünün önəmli dövrünə qədəm qoyacaqdır.

 

http://shabestan.ir/detail/News/621856

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده