خبرگزاری شبستان

چهارشنبه ۲۶ مهر ۱۳۹۶

الأربعاء ٢٨ المحرّم ١٤٣٩

Wednesday, October 18, 2017

Servis xəbərlərinin titri

Referendum keçmişdə qaldı; indi Barzaninin istehfası tələb edilir

Şəbistan Xəbər Agentliyi: Yusif Məhəmməd: İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barzaninin istefası bu məntəqə sakinlərinə böyük bir xidmət olacaq.

Seçilmiş xəbərlər

Servis Əsas səhifə Zaman :   Friday, April 21, 2017 Xəbər kodu : 29668

İmam Zaman (ə)-ın həyat tərzi ilə baglı peygəmbərimizin öncədəngörməsi
Şəbistan Xəbər Agentliyi: “O öz xanadan və ailəsindən ayrılıb tənhalıgı seçmişdir, öz vətənindən uzaq düşmüş və qürbətdə yaşayır”.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Məhəmməd Peygəmbər buyurur: Fatimənin övladlarından biri olan Mehdi (ə)  -ilə sizə müjdə və bəşarət verirəm. O məgrib ( gün batan ) tərəfdən zühur edəcək və yer üzünü ədalətlə dolduracaq. Soruşdular: Ey Allahın Rəsulu, bu zühur hansı zaman baş verəcəkdir? Həzrət buyurdu: O zaman ki, qazi və hakimlər rüşvət alacaq və xalq aşkara günah əhli olacaqdır. Ərz etdilər: Mehdi necə bir insandır? (ya Mehdi kimdir?). Həzrət buyurdu: O öz xanadan və ailəsindən ayrılıb tənhalıgı seçmişdir, öz vətənindən uzaq düşmüş və qürbətdə yaşayır.
 
Hədisin ərəbcə mətini belədir:
 
عن النّبی صل الله علیه وآله: «أبشروا بالمهدیّ من ولد فاطمه، یظهر من جهة المغرب، فیملأ الأرض عدلاً»، فقیل: یا رسول الله؛ و متی یکون ذلک؟ فقال: «أذا ارتشی القضاة و فجرت الأمة و هو الفرید الغریب» قیل: و کیف ذلک یا رسول الله؟ قال: «ینفرد من أهله و یتغرّب عن وطنه».
 
 
Sual oluna bilər: İmam Mehdi (əc) hansı şəraitdə zühur edəcəkdir?
 
CAVAB: Rəvayətlərdən əldə etdiyimiz kimi, imamın zühuru iki əsas şərtə bağlıdır:
1. Dünya xalqlarının fikri hazırlığı. Belə ki, bütün insanlar yalnız həzrət Mehdinin (əc) hakimiyyəti ilə həqiqi səadət və xoşbəxtliyə çata biləcəklərini dərk etməlidirlər. Onlar yalnız o həzrətin hakimiyyətini istəməli və böyük eşq və canfəşanlıqla onu qarşılamalıdırlar.
2. İnsanlar onlara qarşı edilən zülm və haqsızlığı dərk etməlidirlər. Beləki, onlara üz gətirən haqsızlıqlardan qəzəblənərək zalıma qarşı çıxmalı, zülmə boyun əyməyərək yaşayıb, öz imamını qarşılamağa can atmalıdırlar. Lakin zülmü hiss edib, amma fikri hazırlıqları olmadığına görə onu devirməyə can atmasalar, Abbasi xəlifələrinin zamanında yaşamış insanların gününə düşəcəklər. Necəki, onlara Yunan fəlsəfəsi öyrətməklə “cəbr” təlqin edilmiş, nəticədə onlar zülm və haqsızlığı İlahi bir iş sayaraq Allahın bəzi insanları zəif və biçarə yaratmasına inam bəsləmişlər. Yaxud əgər insanların fikri hazırlıqları olsa, lakin zülm və haqsızlıqların qarşısında susub, zülmü dərk etmək istəməsələr, yenədə imam zühur etməyəcəkdir. Çünki, İmamı lazım olduğu şəkildə qarşılamaq vacibdir. Belə olduqda ya İmam bütün insanların boynunu vurmalı (İmam kütləvi qırğın törətmək üçün seçilməmişdir) ya da düşdüyü bu şəraitdə yaşamaqla razılaşmalıdır ki, bu da onun zühurunun hədəfi ilə əsaslı ziddiyyət təşkil edir.
 
http://shabestan.ir/detail/News/622925
 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده