خبرگزاری شبستان

سه شنبه ۶ تیر ۱۳۹۶

الثلاثاء ٣ شوّال ١٤٣٨

Tuesday, June 27, 2017

Servis Əsas səhifə Zaman :   Friday, April 21, 2017 Xəbər kodu : 29667

Qida və intizarın əlaqəsi
Şəbistan Xəbər Agentliyi: Bəzi müsəlmanlar öz yemək və geyimlərinə ciddi diqqət yetirmirlər, belə düşünürlər ki, insanın ürəyi pak olsun, çünkü düşmən belə anladıb.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, höccətül - islam vəl - müslimin  Həsən Mollayi “Müntəziranə yaşam tərzi” kitabında yazır:

 

İmam Sadiq (ə) buyurur: Allah öz peygəmbərlərinə vəhy göndərdi ki, mənim bəndələrimə belə de:

 

لَا تَلْبَسُوا لِبَاسَ أَعْدَائِي وَلَا یطْعَمُوا طَعَامَ أَعْدَائِي وَلَا یَسْلُكُوا مَسَالِكَ أَعْدَائِي فَیَكُونُوا أَعْدَائِي كَمَا هُمْ أَعْدَائِي

 

Mömünlərə de: “Mənim düşmənlərimin paltarından geyinməsinlər, düşmənlərin yeməyindən yeməsinlər, düşmənlərin həyat tərzinə uygun rəftar edib yaşamasınlar. Çünkü bu sürətdə onlar da mənim düşmənlərim kimi olacaqdırlar”.

 

Bu hədis intizara əsaslanan yaşam tərzi, yəni müntəziranə həyat tərzinin mücahid, mübariz və cihad həyat tərzi oldugunu bildirir. Ola bilsin soruşsunlar ki, yemək və geyməyin cihadla nə əlaqəsi vardır? Cavab verərik: Haqq və batil cəbhəsində hər cəbhənin üzvü öz mədəniyyətlərini dünyaya hakim etmək istəyirlər. Yəni biz düzgün ilahi dəyərlər və dini mədəniyyəti dünyaya hakim etmək istəyirik, batil cəbhə isə öz təfəkkürünü; zühur ərəfəsində də belə olacaqdır.

Allahın bəndələri ilə şeytanın bəndələri hərə öz sözünü və mədəniyyətini yeridməyə çalışacaqdır.

Yemək geymək, qida məsulları da bu mədəniyyətin və yaşam tərzinin bir hissəsi hesab edilir. Buna görə də biz sosial şəbəkələrdə və bəzi pek kanallarında bu sahədə müsəlmanlara qarşı edilən hücumların şahidi oluruq, belə ki, onlar bərli - bəzəkli reklamlar və təbligat kompaniyaları ilə haqq cəbhəsini və İmam Zaman (ə)-ın tərəfdarlarını aldadıb öz həyatlarına alışdırırlar. Bəzi müsəlmanlar öz yemək və geyimlərinə ciddi diqqət yetirmirlər, belə düşünürlər ki, insanın ürəyi pak olsun, çünkü düşmən belə anladıb. Hədisdə göstərir ki, biz müntəzir və imamın yolunu gözləyən mücahid kimi yaşamalıdır. Bu ruhiyə özünü onun paltar geyim seçimində və qidalanmasındada özünü göstərməlidir.

 

http://shabestan.ir/detail/News/616996

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده