خبرگزاری شبستان

جمعه ۸ اردیبهشت ۱۳۹۶

الجمعة ٢ شعبان ١٤٣٨

Friday, April 28, 2017

Seçilmiş xəbərlər

Servis Əsas səhifə Zaman :   Friday, April 21, 2017 Xəbər kodu : 29666

Mülayim rəftar
Şəbistan Xəbər Agentliyi: Hər bir qrupla rəftarda ilk şərt məhəbbət, güzəşt və təmkindir. Nadan insanla ilk görüşdə əsəbiləşmək, özündən çıxıb fəryad etmək və sərt davranmaq olmaz.

Rəhman Allahın həqiqi bəndələrinin xüsusi səciyyələrindən biri də camaatla mülayim və gözəl rəftardır. Allah-Taala “Furqan” surəsinin 63-cü ayəsində buyurur:

...وَإِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا

“...(Rəhman Allahın həqiqi bəndələri) nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman “salam” (xoş və yumşaq söz) deyən kəslərdir.”

İnsanlar bir baxışla dörd qrupa bölünür:

1. Haqsevənlər; daim haqqı müdafiə edib ona riayət edənlərdir.

2. “Qasir nadanlar”; lazımı qədər zəruri sayılan moizə və nəsihətdən məhrum qalanlara deyilir.

3. “Müqəssir nadanlar”; lazımı qədər zəruri sayılan moizə və nəsihət almağa imkanı olub, qulaqardına vuranlara deyilir.

4. İnadkarlar və haqqa qarşı çıxanlar.

Sual: Bu dörd qrup bərabərdirmi və onların hamısına eyni baxmalıyıqmı?

Cavab: Tarixi faktlara, ayə və rəvayətlərə əsasən, peyğəmbərlər, imamlar və ilahi övliyaların həmin qruplarla rəftarı eyni olmamışdır. Burada birinci qrupun hökmü aydın və bəhsimizdən kənardır. İkinci qrupu bir sıra düzgün, davamlı və uzunmüddətli proqramlarla maarifləndirmək, mövcud imkanlarla nadanlıqdan çıxarıb işıqlığa doğru hidayət etmək lazımdır. Üçüncü qrupda da hərəkət, təlaş və araşdırma stimulu yaratmaq, onları dini məsələlərlə tanış etmək lazımdır. Yəni ikinci və üçüncü qrupun üzərində çalışmaq lazımdır. Hətta dördüncü qrupla da mümkün qədər yumşaq və mülayim davranmalı, haqq sözü qulaqlarına yetirənə qədər onlara möhlət verilməlidir. Amma onların islah və hidayətinə, nadanlıqdan nicat tapmağına ümid yeri qalmadıqda, növbə sərt rəftara çatır.

Demək, hər bir qrupla rəftarda ilk şərt məhəbbət, güzəşt və təmkindir. Nadan insanla ilk görüşdə əsəbiləşmək, özündən çıxıb fəryad etmək və sərt davranmaq olmaz. Çünki peyğəmbərlərin, imamların və müqəddəs insanların metodu belə olmayıb, onlar nadanların ədəbsizlikləri müqabilində məhəbbətlə rəftar etmişlər. Odur ki, Allah-Taala “Ali-İmran” surəsinin 159-cu aysində İslam Peyğəmbərinin (s) öz ümməti ilə mülayim rəftarı və onun müsbət nəticəsi haqda söz açaraq buyurur:

فَبِمَا رَحْمَةٍ مِّنَ اللّهِ لِنتَ لَهُمْ وَلَوْ كُنتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لاَنفَضُّواْ مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الأَمْرِ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللّهِ إِنَّ اللّهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ

“Beləliklə, Allah tərəfindən olan rəhmətin sayəsində onlarla (öz ümmətinlə) mülayim davrandın və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar. Belə isə, onları əfv et, onlar üçün bağışlanmaq dilə, işlərdə onlarla məsləhətləş və qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir.”

İslam Peyğəmbəri (s) məhz bu xüsusiyyətinə görə digər peyğəmbərlərdən fərqlənməklə tarixin məcrasını dəyişdi, cəhalət və nadanlıq girdabında çabalayan və qız uşaqlarını diri-diri torpağa basdıran bir cəmiyyətdə böyük ideoloji çevriliş yaratdı.

Rza Şükürlü (Maide.az)

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده