خبرگزاری شبستان

سه شنبه ۶ تیر ۱۳۹۶

الثلاثاء ٣ شوّال ١٤٣٨

Tuesday, June 27, 2017

Servis Əsas səhifə Zaman :   Friday, April 21, 2017 Xəbər kodu : 29664

"Bir kitab, bir ümmət" şüarı altında keçirilən Quran turniri
Şəbistan Xəbər Agentliyi: Yarışın açılışı beynəlxalq qari Seyyid Cavad Hüseyinin Qurani-Kərimin tilavəti ilə başlayıb.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İran İslam Respublikasının paytaxtı Tehranda 34-cü Beynəlxalq Quran Yarışı təntənəli mərasimlə işinə başlayıb.

 

Bu ilki müsabiqə "Bir kitab, bir ümmət" şüarı altında keçirilir.

 

Yarışın açılışı beynəlxalq qari Seyyid Cavad Hüseyinin Qurani-Kərimin tilavəti ilə başlayıb.

 

Parlament sədri Əli Laricani Qurani-Kərim üzrə 34-cü beynəlxalq müsabiqənin açılış mərasiminin əsas natiqidir.

 

34-cü Beynəlxalq Quran Müsabiqəsi cari ilin aprel ayının 19-dan 26-dək Tehranın İmam Xomeyni (rə) adına "Böyük Müsəlla"sında keçiriləcəkdir. Bu ilki yarışlar indiyə qədərki digər beynəlxalq Quran yarışlarından fərqi rakursda gerçəkləşir. Belə ki, Quran yarışları tarixində ilk dəfə iştirakçılar eyni zamanda 5 nominasiyada rəqabət aparacaq. Yarışlarda görmə qabiliyyəti məhdudiyyətli olanlar, məktəblilər və qadınlar, yaşlılar və hövzə tələbələri özlərini sınayacaq. Beynəlxalq "Səhər" televiziyasının məlumatına görə, bu beş müsabiqə üzrə iştirakçıların çıxışlarını 24-ü iranlı və 16-ı əcnəbi münsif olmaqla 40 nəfərlik Münsiflər Heyəti və Quran üzrə mütəxəssisin dəstəyilə müsabiqənin təşkilat komitəsi dəyərləndiriləcək. 

 

İran “Quran Xəbərləri” Agentliyinin məlumatına görə, 34-cü Beynəlxalq Quran yarışlarının iş proqramı aşağıdakı kimidir:

 

19 Aprel 2017-ci il: Tehranın "Böyük Müsəlla"sında keçirilən yarışların giriş mərhələsinə səhər saatlarında start verilmişdir.

 

22 Aprel 2017-ci il, həftənin şənbə günü: Tələbə və şagirdlər arasında yarışlar keçiriləcəkdir.

 

23 Aprel 2017-ci il, həftənin bazar günü: 34-cü beynəlxalq Quran yarışlarında iştirak edən xanımlar arasında yarışlar keçiriləcəkdir.

 

24 və 25 Aprel 2017-ci il: Böyüklər arasında keçirilən yarışların final mərhələsi.

 

26 Aprel 2017-ci il: 34-cü beynəlxalq Quran yarışlarının yekun mərasimi.

 

27 Aprel 2017-ci il: 34-cü beynəlxalq Quran yarışları iştirakçılarının dünya müsəlmanlarının lideri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei cənabları ilə görüşü baş tutacaqdır.

 

http://shabestan.ir/detail/News/623330

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده