خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

Həzrət Mehdi mövud mədəni mərkəzinin müdir müavini bildirdi:

Niyə görə İmam Zaman (ə) qeyb oldu?

Şəbistan xəbər agentliyi: Höccətül-islam Kəfil kiçik qeybət dövrünün İmam Zamanın (ə) imamətə çatdığı gün başladığını bildirərək, dedi: İmam Zaman (ə) atasının mübarək bədəninə cənazə namazı qıldıqdan sonra qeyb oldu. Bu qeyb olmanın səbəbini biz bilməliyik.

Servis Əsas səhifə Zaman :   Friday, April 21, 2017 Xəbər kodu : 29663

İranda 34-cü Beynəlxalq Qurani-Kərimin müsabiqəsi keçirilir
Şəbistan Xəbər Agentliyi: İranda 34-cü Beynəlxalq Hafizlik və Qurani-Kərimin Tilavəti müsabiqəsi İran parlamentinin sədri Əli Laricaninin iştirakıyla başlayıb.

İranda 34-cü Beynəlxalq Hafizlik və Qurani-Kərimin Tilavəti müsabiqəsinə start verildi

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İranda 34-cü Beynəlxalq Hafizlik və Qurani-Kərimin Tilavəti müsabiqəsi İran parlamentinin sədri Əli Laricaninin iştirakıyla başlayıb.

 Ə.Laricani mərasimdəki çıxışı zamanı deyib: “Terrorçu qruplaşmalar regiondakı müsəlman ölkələrini böhrana sürükləməklə bu ölkələr arasında məsələlərin həllində regiondan kənar ölkələrin iştirakına şərait yaradıb”. İran parlamentinin sədri vurğulayıb ki, müsəlman ölkələri arasında yaradılan süni ixtilaf, böhran və toqquşmaların heç bir əsası yoxdur.

 

Paytaxt Tehrandakı İmam Xomeyni Musallasında keçirilən və 7 gün davam edəcək müsabiqədə bu il 83 ölkədən 276 nəfər iştirak edir.

 

Hər il Quran sevdalılarının intensiv iştirakı ilə başlayan bu Quran müsabiqəsində dərəcələr qazanan qaliblər müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılır.

 

Bu Qurani müsabiqəsinin açılış və mükafat mərasimi hər il yüksək səviyyəli İran rəsmilərinin iştirakı ilə baş verir.

 

İran “Quran Xəbərləri” Agentliyinin məlumatına görə, 34-cü Beynəlxalq Quran yarışlarının iş proqramı aşağıdakı kimidir:

 

19 Aprel 2017-ci il: Tehranın "Böyük Müsəlla"sında keçirilən yarışların giriş mərhələsinə səhər saatlarında start verilmişdir.

 

22 Aprel 2017-ci il, həftənin şənbə günü: Tələbə və şagirdlər arasında yarışlar keçiriləcəkdir.

 

23 Aprel 2017-ci il, həftənin bazar günü: 34-cü beynəlxalq Quran yarışlarında iştirak edən xanımlar arasında yarışlar keçiriləcəkdir.

 

24 və 25 Aprel 2017-ci il: Böyüklər arasında keçirilən yarışların final mərhələsi.

 

26 Aprel 2017-ci il: 34-cü beynəlxalq Quran yarışlarının yekun mərasimi.

 

27 Aprel 2017-ci il: 34-cü beynəlxalq Quran yarışları iştirakçılarının dünya müsəlmanlarının lideri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei cənabları ilə görüşü baş tutacaqdır.

 

http://shabestan.ir/detail/News/623443

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده