خبرگزاری شبستان

جمعه ۲۸ مهر ۱۳۹۶

الجمعة ٣٠ المحرّم ١٤٣٩

Friday, October 20, 2017

Servis xəbərlərinin titri

General - polkovnik Məhəmməd Baqiri Suriya prezidenti Bəşar Əsdlə görüşündə:

İİR-nın Suriya dövlət və xalqına dəstəyi davam edəcəkdir

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Dəməşqdə Suriya prezidenti ilə görüşündə bu ölkədəki son durum barədə danışıqlar aparıb.

Servis Əsas səhifə Zaman :   Friday, April 21, 2017 Xəbər kodu : 29661

İran prezident seçkilərinə namizədlərin adları açıqlanıb
Şəbistan Xəbər Agentliyi: İranın Konstitusiyaya Nəzarət Şurası cümə axşamı gecə 12-ci Prezident Seçkiləri üçün səlahiyyəti təsdiq edilmiş 6 namizədin adını İranın Daxili İşlər Nazirliyinə elan edib.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, 12-ci İran prezident seçkilərinin namizədlərinin adları açıqlandı:

 

1. Seyid Mustafa Ağa Mirsəlim (İranın Məsləhət Şurasının üzvü və İslami Mötəlifə partiyasının mərkəzi şurasının üzvü)

 

2.  İshaq Cahangiri Kuşayi (vitse-prezident)

 

3. Həsən Ruhani (hazırkı prezident)

 

4. Seyid İbrahim Rəisi Sadati (İslam İnqilabı Qüvvələri Xalq Cəbhəsinin üzvü)

 

5. Məhəmməd Baqir Qalibaf (Tehran şəhəri meri)

 

6. Seyid Mustafa Haşimitəba (İranın Milli Olimpiya Komitəsinin sabiq sədri)

 

Məlumatı İranın Seçki Qərargahı verib.

 

İranın Seçki Məcəlləsinin 66-cı maddəsinə əsasən, prezident seçkilərinin namizədlərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində fəaliyyətləri səlahiyyəti təsdiqlənən adların açıqlandığı tarixdən rəsmən başlanır.

 

İranın Seçki Məcəlləsinin 66-cı maddəsinə əsasən, seçkiqabağı təbliğat-təşviqat kampaniyası 18 may saat 8:00-a qədər davam edəcək.

 

İranda 12-ci prezident və 5-ci Şəhər və Kənd İslam Şuraları seçkiləri 19 mayda keçiriləcək.

 

 

http://shabestan.ir/detail/News/623653

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده