خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

Həzrət Mehdi mövud mədəni mərkəzinin müdir müavini bildirdi:

Niyə görə İmam Zaman (ə) qeyb oldu?

Şəbistan xəbər agentliyi: Höccətül-islam Kəfil kiçik qeybət dövrünün İmam Zamanın (ə) imamətə çatdığı gün başladığını bildirərək, dedi: İmam Zaman (ə) atasının mübarək bədəninə cənazə namazı qıldıqdan sonra qeyb oldu. Bu qeyb olmanın səbəbini biz bilməliyik.

Servis Əsas səhifə Zaman :   Tuesday, April 18, 2017 Xəbər kodu : 29649

Azərbaycan İrandan icarəyə torpaq almağa hazırlaşır
Şəbistan Xəbər Agentliyi: Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmiryolu layihəsi çərçivəsində İran tərəfi Azərbaycana 35 ha sahəni icarəyə verəcək.

Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmiryolu layihəsi çərçivəsində İran tərəfi Azərbaycana 35 ha sahəni icarəyə verəcək. Hazırda bu torpaqların icarəyə verilməsi üçün zəruri olan normtiv-hüquqi aktlar hazırlanır, həmçinin müqavilə sənədləri üzərində iş aparılır.

İlkin olaraq Azərbaycana terminal hissə 25 illik, stansiya ərazisi isə 15 il müddətinə icarəyə veriləcək.

Qeyd edək ki, Azərbaycana icarəyə verilən 35 ha sahəyə taxıl terminalı, neft terminalı, konteyner terminalı, yük vaqonlarının boşaldılması-yüklənməsi üçün ərazi daxildir.

"Layihə çərçivəsində bütün tikinti işlərini Azərbaycan tərəfi aparacaq. Bu məqsədlə tender elan edilməsi nəzərdə tutulub. Tenderdə iştirak etmək istəyən şirkətlər bu müsabiqəyə dəvət olunacaq", - deyə mənbə bildirib.

"Qəzvin-Rəşt-Astara-Astara marşrutu üzrə tikinti işləri tam yekunlaşdıqdan sonra Fars körfəzindən Skandinaviya ölkələrinə dəmir yolu vasitəsilə istənilən yüklər danışacaq. İlkin olaraq konteyner daşımalarının həyata keçirilməsi nəzərdə tutulub. Bu gün Ukraynandan İrana, Skandinaviya ölkələri və əks istiqamətdə yüklərin daşınması üçün çoxlu müraciətlər daxil olur. Bütün bunları nəzərə alaraq Azərbaycan və İran tikinti prosesini sürətləndirməyə çalışır", - deyə mənbə qeyd edib.

Eyni zamanda İran tərəfi hesab edir ki, bu dəhlizdə xeyli iş həyata keçirilməlidir. Belə ki, dəmir yolunun Qəzvin-Rəşt hissəsində işlərin 2 ay ərzində yekunlaşdırılması planlaşdırılır. Həmçinin, dəmiryolu layihəsi hazır olduqdan sonra onun istismar şərtlərinin də müzakirə edilməsi təklif olunur.

Qeyd edək ki, Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmiryolu xəttinin Rəşt-Astara hissəsində tikinti işlərinin 4 ilə bitməsi planlaşdırılır. 1 mlrd. dollar sərmayə tələb edilən layihənin 500 mln. dolları dəmir yolu tikiləcək torpaq sahəsinin alınmasına, digər yarısı isə tikinti işlərinin həyata keçirilməsinə ayrılacaq. Hazırda Azərbaycan tərəfi lazım olan krediti təqdim etmək üçün müqavilə hazırlayır. (Report

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده