خبرگزاری شبستان

جمعه ۲۷ مرداد ۱۳۹۶

الجمعة ٢٦ ذو القعدة ١٤٣٨

Friday, August 18, 2017

Servis Əsas səhifə Zaman :   Monday, April 17, 2017 Xəbər kodu : 29628

“Bar, diskoteka mövzusu olanda “məscidfob”ların yadına kitabxana düşmür”
Şəbistan Xəbər Agentliyi: Təhsil almaq, savadlı olmaq, dünyagörüşünə sahib olmaq üçün məscid sökməyə lüzum yoxdur. Hər şey insanın özündən asılıdır.

“Sovetski”də yerləşən Hacı Cavad məscidinin sökmək cəhdinə cəmiyyətin göstərdiyi ciddi etiraz və narazılıqdan sonra prezident İlham Əliyev sözügedən məscidin sökülmə işlərinin dayandırılması və məscidin gələcək taleyini müəyyən edilməsi ilə bağlı komissiya yaradılmasına dair qərar imzaladı

 

Məhz bu ərəfədə ölkədə ilahi dəyərlərə qarşı daima düşmənçilik mövqeyi sərgiləyən islamafobların yadına həmişəki kimi yenə məktəb, universitet kitabxana düşdü. Əsas arqumentləri isə islamın guya elm və inkişafa ziddi olduğunu, məhz bu səbəbdən də məscidlərin yerinə elm ocaqlarının tikilməsinin zəruri olduğunu bildirdilər.

 

İslaminSesi xəbər verir ki, daima dəyərləri üz-üzə qoymaqla özlərinə sərf edən nəticəyə çatmağı çalışan islamafoblara ilahiyyatçı-alim Təbriz Nəcəfi tərəfindən tutarlı cavab verilib.

 

İlahiyyatçı qeyd edib ki, nədənsə həmişə din və məscid mövzusu gündəmə gələndə "məscidfobların" yadına tez kitabxanalar düşür:

 

“Deyir cəhalət yuvaları olan məscidləri söküb yerinə kitabxanalar tikmək lazımdır ki, camaat mariflənsin. Nədənsə mövzu məscidin sökülməsi olanda "Məscidfobların" yadına tez kitabxanalar düşür. Heç deyən yoxdur ki, a bala, nə əcəb 15 yaşlı qızlarımızın ərəblər tərəfindən istismar olunduğu barlar, diskotekalar, gecə kulublarına gəldikdə kitabxanalar, maarifləndirmə fəaliyyətləri heç yadınıza düşmür? Halbuki həmin məkanlarda neçə-neçə gənclərimiz günügündən pozulur, içki və narkotikaya qurşanır, uçuruma doğru gedirlər. Nə əcəb belə məkanların varlığı sizi narahat edərək elm damarınızı silkələyib paslanmış beyninizə siqnallar ötürmür? Axı nəyə görə savadlı olmaq üçün alternativ yol olaraq məscidlərin sökülməsi təklif olunur?

 

İlahiyyatçının sözlərinə görə, “məscidfoblar” guya şəhərdə olan kitabxanaların hamısını bir-bir ələk-vələk edərək bütün materialları tükədiblər, indi də kitab qıtlığı hiss etdikləri üçün məscidlərin sökülərək yerinə kitabxanalar tikilməsini arzulayırlar!:

 

“Təhsil almaq, savadlı olmaq, dünyagörüşünə sahib olmaq üçün məscid sökməyə lüzum yoxdur. Hər şey insanın özündən asılıdır. Bu gün savadlı olmaq üçün yetərli imkanlar mövcuddur. Siz, təhsil ocaqlarında dizə cən yayılmış rüşvətin, pul verib qiymət yazdırmağın, diplom almağın qarşısını alın, o zaman məscid sökmədən necə savadlı olmaq olurmuş onu görəcəksiz.”

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده