خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

Həzrət Mehdi mövud mədəni mərkəzinin müdir müavini bildirdi:

Niyə görə İmam Zaman (ə) qeyb oldu?

Şəbistan xəbər agentliyi: Höccətül-islam Kəfil kiçik qeybət dövrünün İmam Zamanın (ə) imamətə çatdığı gün başladığını bildirərək, dedi: İmam Zaman (ə) atasının mübarək bədəninə cənazə namazı qıldıqdan sonra qeyb oldu. Bu qeyb olmanın səbəbini biz bilməliyik.

Servis Əsas səhifə Zaman :   Sunday, April 16, 2017 Xəbər kodu : 29627

Dünyanın zühur ətəşi, yanğısı...
Həzrət Mehdinin (ə.f) cahamşümul qiyamı və hakimiyyəti bütün varlıq aləmi və kainatın nizamsızlığına əncam çəkmək üçündür. Buna görə də bu zühuru və hakimiyyətin zərurliyi və lazımlılığını hamı hiss edir. Buna görə də bütün dünya cəmiyyətləri özlərində buna ehtiyac duymayınca Həzrət Mehdi (ə.f) zühur etməyəcəkdir.

Həzrət Mehdinin (ə.f) cahamşümul qiyamı və hakimiyyəti bütün varlıq aləmi və kainatın nizamsızlığına əncam çəkmək üçündür. Buna görə də bu zühuru və hakimiyyətin zərurliyi və lazımlılığını hamı hiss edir. Buna görə də bütün dünya cəmiyyətləri özlərində buna ehtiyac duymayınca Həzrət Mehdi (ə.f) zühur etməyəcəkdir.

ŞƏBİSTAN xəbər agentliyinin "mehdiçilik" bölməsinin verdiyi xəbərə görə, Höccətul- İslam vəl- müslimin Xudamurad Süleymani – "İslami Elm və Mədəniyyət Tədqiqat Təşkilatı"nın elmi heyətinin üzvü, "Həzrət Mehdinin (ə.f) cahanşümül inqilabında xalqın rolu" adlı kitabında yazır:

"Həzrət Mehdinin (ə.f) xüsusi dostları və əshablarının zühurun əvvəl günlərində bir yerə toplanışından sonra, o həzrətin ən yaxın silahdaşları dünyanın hər yerindən gecikmədən Məkkədə onun ətrafına toplaşacaqlar. İlk günlərdə O həzrətin köməklərinin sayı 10 mindən çox olacaqdır. İmam Sadiq (ə) bu barədə buyurur ki,    

مَا يَخْرُجُ إِلَّا فِي أُولِي قُوَّةٍ وَ مَا يَكُونُ أُولُو الْقُوَّةِ أَقَلَّ مِنْ عَشَرَةِ آلَافٍ

"Həzrət İmam Mehdi (ə) öz güclü və rəşadətli dostları ilə birlikdə xüruc və zühur edəcəkdir. Və O həzrətin dostlarının sayı zühurun başlanğıcında 10 min nəfərdən az olmayacaqdır".

Qeyd edək ki, Həzrət İmam Mehdinin (ə.f) köməkçilərinin bir hissəsi həmin şiələr olacaqlar ki, qeybət dövründə öz vəzifələrinə əməl etdilər və Əhl- Beytin imamət və vilayətlərində sabitqədəm qaldılar.

İmam Sadiq (ə) həmin şiələrin barəsində buyurur:   

يَا أَبَا بَصِيرٍ طُوبَي لِشِيعَةِ قَائِمِنَا الْمُنْتَظِرِينَ لِظُهُورِهِ فِي غَيْبَتِهِ وَ الْمُطِيعِينَ لَهُ فِي ظُهُورِهِ أُولَئِكَ أَوْلِيَاءُ اللَّهِ الَّذِينَ لا خَوْفٌ عَلَيْهِمْ وَ لا هُمْ يَحْزَنُون

"Ey Əba Bəsir, xoş hallarına bizim qaimin zühurunu gözləyən şiələrimizin, o kəslər ki, Qaimin qeybəti zamanı onun zühurunu gözləyərlər, zühur etdikdə isə ona itaət edələrlər. Onların Allahın övliyalarıdır. Onlar nə qorxlarlar və nə də qəmgin olarlar".

Bu intizar agahların intizarıdır. Təkcə şiələr deyil, bütün dünyanı buna hazır etmək və bütün insanlarda təlim və tərbiyə yolu ilə zühur yanğısı yaratmaq lazımdır. Cəmiyyətdə fikri ayıqlıq və imani bəsirət yaratmaq lazımdır ki, insanlar zühura ehtiyacları olduğunu dərk etsinlər. Bu dərkdən sonra zühur gerçəkləşəcək.

http://shabestan.ir/detail/News/621851

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده