خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

Həzrət Mehdi mövud mədəni mərkəzinin müdir müavini bildirdi:

Niyə görə İmam Zaman (ə) qeyb oldu?

Şəbistan xəbər agentliyi: Höccətül-islam Kəfil kiçik qeybət dövrünün İmam Zamanın (ə) imamətə çatdığı gün başladığını bildirərək, dedi: İmam Zaman (ə) atasının mübarək bədəninə cənazə namazı qıldıqdan sonra qeyb oldu. Bu qeyb olmanın səbəbini biz bilməliyik.

Servis Əsas səhifə Zaman :   Sunday, April 16, 2017 Xəbər kodu : 29616

Ali Rəhbər təbi fəlakətlə bağlı müraciət etdi
Şəbistan Xəbər Agentliyi: İranın şimal qərb və qərb vilayətlərində onlarla insanın həlak olması ilə nəticələnən daşqınların ardınca islam inqilabının böyük rəhbəri xalqa müraciət edərək, təbii fəlakət nəticəsində ölənlərin axınlarına baş sağlığı verib və təkid edib ki, müvafiq rəsmilər dərhal hadisədən zərər çəkənlərə yardım etməli, onların əzabları və kədərlərini azatmağa səy göstərməlidirlər.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İranın şimal qərb və qərb vilayətlərində onlarla insanın həlak olması ilə nəticələnən daşqınların ardınca islam inqilabının böyük rəhbəri xalqa müraciət edərək, təbii fəlakət nəticəsində ölənlərin axınlarına baş sağlığı verib və təkid edib ki, müvafiq rəsmilər dərhal hadisədən zərər çəkənlərə yardım etməli, onların əzabları və kədərlərini azatmağa səy göstərməlidirlər.

 

Dünən gecə yayılan Ayətullahül-üzma Xameneinin müraciətində deyilir:şərqi Azərbaycan, qərbi Azərbaycan, Kürdüstan və Ərdəbil ostanlarında bir neçə əziz vətəndaşın həyatını itirməsi və ağır maliyyə ziyanları ilə nəticələnən daşğın hadisəsi, ağrılı və müsibətli hadisədir.

 

Müraciətdə deyilir: Mən qəm və kədər içində əzizlərini bu hadisədə itirənlərə başsağlığı verir, onların dərdlərini bölüşürəm, onlara Allahdan səbr və sakitlik , həyatını itirənlərə isə rəhmət və məğfirət diləyirəm.

 

İslam inqilabının böyük rəhbəri öz müraciətində bildiriblər: Müvafiq rəsmilərin üzərinə düşən vəzifə, zərər çəkənlərə yardım etmək, onların əzabları və kədərlərini azaltmaqdır, bu vəzifənin yerinə yetirilməsində gecikmə və səhlənkarlıq olmamalıdır və ümid edirəm Allah müsibət görənlərə və yardımçı qüvvələrə öz lütf və köməyini şamil edəcəkdir.

 

Məlumatlara görə cümə günü İranın şimal qərb və qərb bölgələrində baş verən daşğınlarda həyatını itirənlərdən 35 nəfərin cəsədləri aşkar edilib. Hadisədə itkin düşənlərin son statistikası isə 42 nəfərdən ibarətdir.

 

http://shabestan.ir/detail/News/622202

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده