خبرگزاری شبستان

سه شنبه ۶ تیر ۱۳۹۶

الثلاثاء ٣ شوّال ١٤٣٨

Tuesday, June 27, 2017

Servis Əsas səhifə Zaman :   Sunday, April 16, 2017 Xəbər kodu : 29611

Onlara Ühüd və Bədr şəhidlərinin savabı verilər
Şəbistan Xəbər Agentliyi: Əgər bir kəs Allah, Onun Rəsulu (s) – ın olmadığı yerdə (onların arxasınca) onları müdafiə və himayə edə Qiyamət günü şəhidlərin ən yüksən dərəcəsinin məqamına malik olacaqdır.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, qeybət dövründə şəhid olmaq, şəhidlərə müqayisə məsələsi də hədislərdə qeyd edilb:

 

 

İmam Səccad (ə) buyurur:

 

 

الإمامُ زينُ العابدينَ عليه السلام: «مَن ثَبَتَ على وَلايتِنا في غَيبةِ قائمنا أعطاهُ اللّه ُ أجرَ ألفِ شهيدٍ ، مثلِ شُهَداءِ بدرٍ و اُحدٍ

 

 

Bizim Qiyamçımızın (Qaim) zamanında onun imamlığı yolunda sabit - qədəm qalan şəxsə Allah Bədr və Ühüd döyüşündə şəhid olanların mininin savabını verər”.

 

 

“Mikyalul – məkarim” kitabında İmam Sadiq (ə) -  dan belə bir hədis nəql edilir: Əgər bir kəs Allah, Onun Rəsulu (s) – ın olmadığı yerdə (onların arxasınca) onları müdafiə və himayə edə Qiyamət günü şəhidlərin ən yüksən dərəcəsinin məqamına malik olacaqdır.

 

Şəhidliklə bağlı aşağıdakı kəlamları da diqqətinizə çatdırırıq:

 

Həzrət Əli (ə):

 

«Ölümlərin ən yaxşısı qətlə yetirilməkdir. Əgər qətlə yetirilməsəniz də, axırda öləcəksiniz. Canım əlində olan Allaha and olsun ki, mənim gözümdə başına min qılınc zərbəsi dəyməklə öldürülmək Allaha ibadət etmədən rahat yataqda ölməkdən daha yüngüldür».

 

İmam Hüseyn (ə):

 

«Əgər bütün bədənlər ölmək üçün yaradılıbsa, Allah yolunda qılınc zərbələri altında ölmək nə xoşdur!».

«Mən ölümü xoşbəxtlik, zalımlara tabe halda yaşamağı isə zillət sayıram».

 

İmam Zeynül-abidin (ə):

 

«Allahın hüzurunda iki damlanın qədr-qiymətdə tayı-bərabəri yoxdur: Allah yolunda axıdılan qan qətrəsi və gecənin qaranlığında ibadət edən şəxsin Allah şövqü ilə gözündən axan yaş damcısı».

 

İmam Cəfər Sadiq (ə):

 

«Allah yolunda öldürülən şəxsin heç bir günahı qiyamət günündə elan edilməz (sayılmaz)»

 

http://shabestan.ir/detail/News/621586

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده