خبرگزاری شبستان

جمعه ۲۷ مرداد ۱۳۹۶

الجمعة ٢٦ ذو القعدة ١٤٣٨

Friday, August 18, 2017

Servis Əsas səhifə Zaman :   Saturday, April 15, 2017 Xəbər kodu : 29606

Din insanı idarə edən real praktiki proqramıdır
Şəbistan Xəbər Agentliyi: Dinimiz bizə göstəriş verir ki, müdafiyə etmək üçün elə bir qüdrətə, gücə, imkana və hazırlıga malik olaq ki, düşmən bizə hücum etmək xəyalını belə fikrindən keçirməsin.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Seyid Əlirza İbadi İranın cənubi Xorasan əyalətində yerləşən hərbi hissəsinin komandir heyəti ilə görüşündə bir sıra dini ictimai məqamlara toxundu:

 

İslam dinində din adı bəhanəsi ilə başqalarına təcavüz etmək, rahatlarını pozmaq haqqı hamıdan alınmışdır. Buna görə də İslam dinində ibtidai cihad, yəni birinci olaraq hücum və müharibəyə başlamaq qadagandır. Biz bunun praktikasını İran İslam Respublikasında görə bilərik; indiyə kimi heç bir ölkiyə hücum etməmişdir.

 

Din insanı idarə etməyin əməli nüsxə və proqramıdır. Dinimiz bizə göstəriş verir ki, müdafiyə etmək üçün elə bir qüdrətə, gücə, imkana və hazırlıga malik olaq ki, düşmən bizə hücum etmək xəyalını belə fikrindən keçirməsin. Biz bu həddə hazır olmalıyıq.

 

Bəzi hədislərdə deyilir ki, əgər insan hərbi təlim və manevrlərdə həyatını əldən versə, onların şəhid olmağının savabı döyüş meydanında şəhid olan insanların savabından çoxdur. Çünkü hərbi təlimlər, döyüş qabiliyyətinin gücləndirilməsi və bu qəbildən olan hərəkətlər müharibə və onlarda itki kimi böyük xəsarət, zərər və fəlakətlərin qarşısını alır.

 

İbtidai müharibə, yəni ilkin olaraq başlanılan müharibə yalnız Allahın peygəmbəri və məsum imamların əmri ilə baş verə bilər. Səbəbi də budur ki, din adına kimsələr ölkələr fəth edib işgal etməsin, lakin məsum imamlar yalnız insanların özlərini və onların hidayətlərini düşündüklərindən insanın öz xeyri oldugu yerdə və dinin xətərdə oldugu situasiyada belə bir addım ata bilər.

 

http://shabestan.ir/detail/News/621999

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده