خبرگزاری شبستان

سه شنبه ۶ تیر ۱۳۹۶

الثلاثاء ٣ شوّال ١٤٣٨

Tuesday, June 27, 2017

Servis Əsas səhifə Zaman :   Saturday, April 15, 2017 Xəbər kodu : 29604

Din incəsənətin dili ilə bəyan edilməlidir
Şəbistan Xəbər Agentliyi: Höccətül - islam vəl - müslimin Seyid Məhdi Xamuşi dini təlimlərin aşılanmasında incəsənət və mediadan istifadə məqsədəuygun, daha dəqiq desək vacib olardı.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, höccətül - islam vəl - müslimin Seyid Məhdi Xamuşi rəsmi toplantıların birindəki çıxışında dedi: Bəzi saleh əməllərin arasında cihad, şəhadət, namaz və sədəqənin xüsusi rol yer və dəyəri vardır.

 

O dini təlimlərin aşılanmasında incəsənət və mediadan istifadənin məqsədəuygun oldugunu, bəlkə də vacib oldugunu vurguladı.

 

“Yəmən, Suriya, İraq, Livan xalqları İsrailin qarşısında müqavimət göstərirlər. İslam təmayüllü hərəkatlar və xalq müqavimət cəbhələri din düşmənlərinə öz etiraz və nifrətlərini sərgiləyirlər. Bu yolda şəhidlərimizin qanı öz bəhrəsini verir. Mən xalqın mübarizəsi və din yolunda zəhmət çəkən sənətkarlara, incəsənət xadimlərinə təbrik deyirəm. Çünkü onlar quruluş və müqavimət hərəkatının çiçəklənməsini, dinamikasını istəyirlər.

 

Biz hər il inqilabçı mədəniyyət xadimlərinin yetişməsi və cavanların bu zümrəyə qoşulmasını görürük. Şer və kino sahəsi xüsusən bu meydanda öz gücünü daha da çox göstərmişdir. Habelə heykəltaraşlıq və rəsm əsərləri yaradıcılığı da qənaətbəxşdir.

 

Bu gün ölkə daxilində böyük inqilabı əsərlər yaradırlır. Bu, özünü dünya və beynəlxalq ictimaiyyətədə göstərməlidir. Elə belə də olur. Bəzi ərəb dilli şair və ədəbiyyatçılar İrana səfərlərində mənə dedilər ki, sizin incəsənət xadimləri inqilab ədəbiyyatında görünən bir sıra boşluqları doldurmuşlar”.

 

http://shabestan.ir/detail/News/621967

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده