خبرگزاری شبستان

سه شنبه ۶ تیر ۱۳۹۶

الثلاثاء ٣ شوّال ١٤٣٨

Tuesday, June 27, 2017

Servis Əsas səhifə Zaman :   Saturday, April 15, 2017 Xəbər kodu : 29595

Rusiya, İran və Suriyanın hərbi əməkdaşlığı davam edir
Şəbistan Xəbər Agentliyi: Rusiya, İran və Suriya xarici işlər nazirləri bu gün Moskvada üçtərəfli görüşün sonunda birgə mətbuat konfransı təşkil edərək, Suriya böhranının siyasi yolla həll edilməsinə, terrorizm ilə mübarizəyə və suriyalılara dəstəyin verilməsinə təkid ediblər.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Sergey Lavrov, Məhəmməd Cavad Zərif və Vəlid Müəllim arasındakı üçtərəfli görüş bu gün Moskvada, Rusiya Xarici İşlər Nazirliyinin binasında baş tutub. Görüşün əsas məqsədi Suriya böhranı ilə bağlı siyasi həll yolu barədə bağlı qapılar arxasında danışıqların aparılması olub.

 

İran xarici işlər naziri görüşün ardınca birgə mətbuat konfransında deyib: İran İslam Respublikasına qarşı dəfələrlə istifadə edilən kimyəvi silahlardan indi də Suriyaya qarşı istifadə edilir.

 

Zərif əlavə edib: Bu gün terrorizm sadəcə Suriyada deyil, Sankt Peterburqda, Almaniyada da can almaqdadır.

 

İran xarici işlər naziri daha sonra Amerika və Suriya ilə düşmən olan ölkələrə xəbərdarlıq edərək, deyib: Birtərəfli addımların nələrə yol açdığına ötən onilliklərdə şahid olmuşuq və regiona ciddi zərər və ziyanlar yetirib.

 

Rusiya Xarici işlər naziri Sergey Lavrov da bu mətbuat konfransında deyib: Hər üç ölkə Suriya böhranının siyasi yolla həll edilməsində ahəngdar və yekdildir.

 

Lavrov ABŞ-ın Suriyaya olan hücumunu bu ölkəyə qarşı təcavüz adlandırıb və deyib: Kimyəvi Silahlara Qadağa Təşkilatının ekspertlərindən təşkil olunmuş bir faktaraşdırıcı komitənin yaradılmasını və Suriyada kimyəvi silahdan istifadə ilə bağlı araşdırmaların aparılmasını istəyirik.

 

Suriya xarici işlər naziri Vəlid Müəllim də ABŞ-ın ötən cümə günü Suriyaya olan raket hücumunu kəskin formada tənqid edib və Dəməşqin Xan Şeyxun hadisəsi ilə bağlı araşdırmaların aparılması ilə razılaşdığını bildirib.

 

Bu üçtərəfli iclasda böhranın siyasi yolla həll edilməsinə şərait yaratmaq üçün Suriyaya yardımların edilməsi barədə razılıq əldə olunub. Həmçinin, Xan Şeyxun hadisəsi barədə müstəqil araşdırmaların aparılmasına və həqiqətlərin üzə çıxması üçün bitərəfliliyin qorunmasına təkid edilib.

 

http://shabestan.ir/detail/News/621986

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده