خبرگزاری شبستان

چهارشنبه ۲۶ مهر ۱۳۹۶

الأربعاء ٢٨ المحرّم ١٤٣٩

Wednesday, October 18, 2017

Servis xəbərlərinin titri

Referendum keçmişdə qaldı; indi Barzaninin istehfası tələb edilir

Şəbistan Xəbər Agentliyi: Yusif Məhəmməd: İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barzaninin istefası bu məntəqə sakinlərinə böyük bir xidmət olacaq.

Seçilmiş xəbərlər

Servis Əsas səhifə Zaman :   Saturday, April 15, 2017 Xəbər kodu : 29591

Allahın istiğfar ilə də belə, bağışlamadığı günah
Şəbistan Xəbər Agentliyi:İnsan elədiyi hər bir günaha görə tövbə və istiğfar edərsə, Allah bağışlayar.

İnsan elədiyi hər bir günaha görə tövbə və istiğfar edərsə, Allah bağışlayar. Ancaq elə günahlar vardır ki, Allah heç tövbə ilə belə, onu bağışlamır.

Dil – çox mühüm bir üzvdür və Quran buyurur ki, bəzən xoş danışmaq pul verməkdən daha yaxşıdır. Əgər pul verib minnət qoyacaqsansa, onda heç kömək etməyin lazım deyildir. “Xoş bir söz və (dilənçilərin israr və kobudluqlarını) bağışlamaq, arxasınca əziyyət olan sədəqədən daha yaxşıdır. Allah ehtiyacsız və həlimdir”. (“Bəqərə” 263).

Dil çox sayda günahlar edər və onlardan biri də yersiz danışmaqdır.

“(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)”. (“İsra” 36).

Əgər kifayət qədər məlumatın yoxdursa, bir şey haqqında fitva vermə, çünki bu zaman yerin və göyün bütün mələkləri səni nifrin edərlər. Ona görə də elmsiz danışmaq günahdır.

Dilin elə günahları vardır ki, insan nə qədər tövbə etsə də, Allah bağışlamaz. Bu günahlardan biri də məsxərədir. İnsan əgər mömin qardaşını məsxərə edərsə və buna görə tövbə edərsə, yenə də Allah onu bağışlamaz. (Tebyan)

Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər”. (“Hucurat” 11).

“(İnsanları azan vasitəsilə) namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ələ salarlar. Bu ona görədir ki, onlar düşünməyən bir tayfadırlar”.(“Maidə” 58).

Quran buyurur ki, bu insanların ağlı yoxdur.

Dil kiçik bir üzv olsa da, insana ən çox günah qazandıran bir orqandır və insan onun vasitəsilə axirətini bada ver bilər. Dilin günahları çoxdur, ancaq məhz insanı lağa qoymaq və məsxərə etmək elə günahlardandır ki, Allah onu bağışlamaz. Ona görə də dilimizə nəzarət edək və bizi məhşər səhnəsində xar edəcək bu günahdan çəkinək.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده