خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

Həzrət Mehdi mövud mədəni mərkəzinin müdir müavini bildirdi:

Niyə görə İmam Zaman (ə) qeyb oldu?

Şəbistan xəbər agentliyi: Höccətül-islam Kəfil kiçik qeybət dövrünün İmam Zamanın (ə) imamətə çatdığı gün başladığını bildirərək, dedi: İmam Zaman (ə) atasının mübarək bədəninə cənazə namazı qıldıqdan sonra qeyb oldu. Bu qeyb olmanın səbəbini biz bilməliyik.

Servis Əsas səhifə Zaman :   Saturday, April 15, 2017 Xəbər kodu : 29590

İnsanlar bunu etsəydilər quşlar tək ruzidən bəhrələnərdilər
Şəbistan Xəbər Agentliyi: Təvəkkül elə bir əməldir ki insanlar öz həyatlarını onunla bəzətsələr, quşlar tək ruzidən bəhrələnərlər.

Təvəkkül elə bir əməldir ki insanlar öz həyatlarını onunla bəzətsələr, quşlar tək ruzidən bəhrələnərlər.

 

 –  Peyğəmbər (s) Cəbraildən təvəkkül sözünün izahını soruşdu. Cəbrail (ə) dedi

 

“Təvəkkülün mənası xeyir və ziyanın, mükafat və cəzanın insanların əlində olmadığına inanmaqdır. Əgər bir bəndə mərifətin bu mərhələsinə yetişərsə, Allahdan qeyrisi üçün bir iş görməz, Allahdan qeyrisinə ümüd bağlamaz, Allahdan başqa heç kimdən qorxmaz, Allahdan başqa bir kəsin əlində gözü qalmaz. Allaha təvəkkül etməyin mənası budur. ” 


Həsən ibn Cəhm adlı bir şəxs deyir:


İmam Əli ibn Musa Riza(ə)-nın hüzuruna gəlib soruşdum: “Təvəkkülün mənası nədir? ” İmam Riza (ə) buyurdu: “Təvəkkül Allaha arxalanmaqla heç kimdən qorxmamaqdır.” 

 

Buna görədir ki, Allahın Elçisi Məhəmməd Peyğəmbər təvəkkül və onun ruzi qazanmağa verdiyi təsiri açıqlayır:

 

“Əgər siz insanlar lazım olduğu kimi Allaha təvəkkül etsəydiniz, quşlara ruzi verilən kimi ruzi əldə edərdiniz. Səhərlər oyananda ac olduğunuzu axşamlar yatanda isə tox olduğunuzu görərdiniz" (Biharul-Ənvar, cild-71, səh-151)

 

Mənbə: islamınsesi.

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده