خبرگزاری شبستان

سه شنبه ۶ تیر ۱۳۹۶

الثلاثاء ٣ شوّال ١٤٣٨

Tuesday, June 27, 2017

Servis Əsas səhifə Zaman :   Saturday, April 15, 2017 Xəbər kodu : 29587

Seçki təbliğat kompaniyalarında etik normalara riayət edilməlidir
Şəbistan Xəbər Agentliyi: Prezident seçkilərinə namizədliyini irəli sürmüş şəxslər öz təbliğat kompaniyalarında saglam imanın normalarına və təqvanın tələbələrinə əməl etməlidirlər.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Seyyid Məhəmməd Əli Musəvi Cəzarayeri İranın Əhvaz şəhərində söylədiyi cümə xütbəsində bildirdi ki, prezident seçkiləri rəqabətlərində əxlaq normalarına və etikaya riayət etmək zəruridir.

 

İmam Əli (ə) təqva kəsb etməyin ən gözəl nümunəsidir. O Nəhcül-bəlagə kitabında insanı keyfiyyətlər və təqvanın xüsusiyyətlərini saymışdır. Bu, hər bir insana örnək olmalıdır. Yaddan çıxartmamalıyıq ki, prezident seçkilərinə namizədliyini irəli sürmüş şəxslər öz təbliğat kompaniyalarında saglam imanın normalarına və təqvanın tələbələrinə əməl etməlidirlər. Hamı çalışmalıdır ki, seçkilərdə şəriətdən kənar və etikadan uzaq söz və əməllərə yol verməsinlər. Dinimizin qəbul etmədiyi sözləri danışmasınlar.

 

Daha sonra bir sıra regional və beynəlxalq məsələlərə toxunan xətib Amerikanın Suriyaya son hücumunu məhkum etdi: Amerika prezidentinin göstərişi ilə Suriya edilən basqın bütün beynəlxalq hüquq normalarına ziddir. Biz bu cinayəti şiddətli dərəcədə məhkum edirik. Bu birinci dəfə deyildir ki, Amerika bütün beynəlxalq hüquq normalarını pozaraq Suriyaya hücum edir. Bir sıra dövlətlərin, o cümlədən də Ərəbistanın Amerikanın bu hücumunun dəstəyləməsini də biz qınayırıq. Ərəbistan hökmdarları hətta Amerikanın Suriyaya raket zərbələlərinin büdcəsini də ödəcəyiklərini bildiriblər. Ərəbistana xəbərdarlıq edirik ki, aldanmasınlar Amerika onların başına papaq qoymasın. Amerika 23 raket Suriyaya atdı, Ərəbistana isə 70 raket addıgını elan etdi.

 

http://shabestan.ir/detail/News/621903

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده