خبرگزاری شبستان

جمعه ۲۷ مرداد ۱۳۹۶

الجمعة ٢٦ ذو القعدة ١٤٣٨

Friday, August 18, 2017

Servis Əsas səhifə Zaman :   Saturday, April 15, 2017 Xəbər kodu : 29586

Xanım Zeynəb (s) fəzilətlər mücəssəməsi idi
Şəbistan Xəbər Agentliyi: Həzrəti Zeynəbin (s) elmi məqamı və kamalat dərəcələri o qədər üstün idi ki, o Quran ayələrinin təfsiri və şəriət hökümlərinin bəyanında misilsiz məlumata malik idi

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İrannın İlam əyalətinin imamcüməsi Ayətullah Məhəmməd Təqi Lütvi bu dünən cümə namazı xütbəsində Həzrəti Əli (ə)-ın qızı xanım Zeynəbin (s) fəzilət və yüksək ilahi- insani keyfiyyətlərindən danışdı və bildirdi ki, bu üstünlüklər bəşərin fikrinin fövqündə, mütəfəkkirlərin və alimlərin agılına sıgmayaca qədər böyükdür.

 

“Bəni - Haşimin müdrük qadını” ləqəbini alan Həzrəti Zeynəb (s) zöhdün, təqvanın, paklıgın, şücaətin, mətanət və dözümün təcəssümü idi. O saflıq müəllimi, imamət yolunun yolçularının örnəyi, bütün bəşəriyyət üçün nümunə olacaq müsəlman bir qadın idi.

 

Həzrəti Zeynəbin (s) elmi məqamı və kamalat dərəcələri o qədər üstün idi ki, o Quran ayələrinin təfsiri və şəriət hökümlərinin bəyanında misilsiz məlumata malik idi. Belə ki, öz fəsahət və bəlagəti ilə onları bəyan edərdi. Bu nitq qabiliyyəti, alovlu çıxışlar atasından ona irs olaraq keçmişdir. Bu o xanımın səciyyələrinin bariz nümunəsi, ən üstün xüsusiyyətlərindən biri idi.

 

Xətib daha sonra bir sıra ictimai siyasi məsələlərə toxunaraq bildirdi ki, xalqın prezident seçkilərində iştirakı ölkənin idarəçiliyində iştirak və rola malik olduqlarını göstərir. Bu da öz növbəsində müxtəlif səhnələrdə düşmənlərin məkirli planlarının qarşısını alacaqdır.

 

O sonda iqtisadi sahədə də köklü addımların atılmasını istədi.

 

http://shabestan.ir/detail/News/621847

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده