خبرگزاری شبستان

جمعه ۸ اردیبهشت ۱۳۹۶

الجمعة ٢ شعبان ١٤٣٨

Friday, April 28, 2017

Seçilmiş xəbərlər

Servis Əsas səhifə Zaman :   Saturday, April 15, 2017 Xəbər kodu : 29585

İran geri çəkilməyəcək
Şəbistan Xəbər Agentliyi: Amerika Suriyaya hücum edərək bir növ İrana da güya qulaq burması vermək istəyir. Amerika bilməlidir ki, müqavimət cəbhəsini sarsıtmaq üçün Suriyaya hücum edirsə İran İslam Resbublikası bir addımda belə geri çəkilməyəcəkdir.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, höccətül - islam vəl - müslimin Əli Əkbər İmani İranın Əlboris şəhərində söylədiyi cümə namazı xütbəsində bir sıra daxili və xarici olaylara toxundu, o dedi: Bu gün Suriya böhranında riyakarlıqla aranı qarışdıran dövlətlər Dəməşqin kimyalı silahlardan istifadə etdiyini iddia edirlər. Bunlar İran - İraq müharibəsində də bizim ölkəmizə qarşı hay - küy salaraq guya kimyalı silahdan istifadə etdiyimizi uydururdular.

 

Bu gün Amerika Suriyaya hücum edərək bir növ İrana da güya qulaq burması vermək istəyir. Demək istəyir ki, “ey İran xalqı, əgər ölkənizin sabitlik və aramlıgını istəyirsizsə, gərək Amerika ilə razılaşıb onunla əməkdaşlıq edəsiniz”.

 

Yaddan çıxardmamalıyıq ki, sülh, təhlükəsizlik, stabillik dövlətimizin iqtidarı sahəsində mümkün olacaqdır.

 

Amerika bilməlidir ki, müqavimət cəbhəsini sarsıtmaq üçün Suriyaya hücum edirsə İran İslam Resbublikası bir addımda belə geri çəkilməyəcəkdir. Bu gün Amerika və onu əlaltıları orta şərq regionunda öz bombalarını sınaqdan keçirdirlər. Səudiyyi Ərəbistanı amansız şəkildə Yəmənə hücum edir və bu ölkəni ağır silahlar vasitəsi ilə bombardman edərək xarabaqlıga çevirir, xalq və uşaqları həlak edərək qıtlıga səbəb olur.

 

http://shabestan.ir/detail/News/621870

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده