خبرگزاری شبستان

چهارشنبه ۲۶ مهر ۱۳۹۶

الأربعاء ٢٨ المحرّم ١٤٣٩

Wednesday, October 18, 2017

Servis xəbərlərinin titri

Referendum keçmişdə qaldı; indi Barzaninin istehfası tələb edilir

Şəbistan Xəbər Agentliyi: Yusif Məhəmməd: İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barzaninin istefası bu məntəqə sakinlərinə böyük bir xidmət olacaq.

Seçilmiş xəbərlər

Servis Əsas səhifə Zaman :   Wednesday, April 12, 2017 Xəbər kodu : 29538

"Onun zühur əlamətləri" kitabı ikinci dəfə çapdan çıxdı
Müqəddəs Cəmkəran məscidinin nəzdində fəaliyyət göstərən nəşriyyat Məhəmməd Xadimi Şirazinin qələmə aldığı "Onun zühurunun nişanələri" kitabını çap və nəşr edib.

Müqəddəs Cəmkəran məscidinin nəzdində fəaliyyət göstərən nəşriyyat Məhəmməd Xadimi Şirazinin qələmə aldığı "Onun zühurunun nişanələri" kitabını çap və nəşr edib.

ŞƏBİSTAN xəbər agentliyinin "mehdçilik" bölməsinin verdiyi xəbərə görə, Müqəddəs Cəmkəran məscidinin nəzdində fəaliyyət göstərən nəşriyyat Məhəmməd Xadimi Şirazinin qələmə aldığı "Onun zühurunun nişanələri" kitabını çap və nəşr edib. Bu kitab 2017-ci (1395 hicri- şəmsi) ilin qışında çap və nəşr edilərək 1000 nüsxə tiraj ilə kitab bazarına buraxılıb.

Müqəddəs Cəmkəran məscidinin nəzdində fəaliyyət göstərən "Cəmkəran nəşriyyatı" bu kitabı 244 səhifədə çap edib və 12000 tümən (6 manat) dəyərində qiymət ilə kitab bazarında satışa çıxarıb. 

Müəllif bu kitabı Peyğəmbərin (s) "hər kəs zəmanəsinin imamını tanımasa, cahiliyyət dövründə ölənlər kimi ölmüşdür" (مَنْ ماتَ وَ لَمْ يَعْرِفْ إمامَ زَمانِهِ ماتَ مَيْتَةً جاهِلِيَّةً) hədisini rəhbət tutaraq qələmə almışdır ki, insanlara zəmanələrin imamını və rəhbərini tanıtdırsın.

"Onun zühurunun nişanələri" kitabı bir müdəddimə və 11 fəsldə tərtib edilmişdir. Birinci fəsildə Quran-Kərim və zühur nişanələri, ikinci fəsildə "İmam Zamanın zühur zamanını bilməsi", 3-cü fəsildə Peyğəmbər və zühur nişanələri", 4-cü fəsildə "merac və zühur nişanələri", 5-ci fəsildə "Zühurdan öncə müntəzirlər",... İmam Əli və zühur nişanələri, .. və habelə digər məsumların hər biri və zühur nişanələri sonrakı fəsilləri təşkil edirlər.

Kitabın müəllifi Məhəmməd Xadimi Darabi Şirazidir ki, mərhum Şeyx Abdullah Darabinin oğludur. Onun bundan başqa eyni mövzuda "Məkkədən çıxacaq günəş", Höccətul-müntəzər və dua", "İmam Zamanın qeybəti, ya ədalət günəşinin gizlənməsi", "İmam Mehdi məktəbi və dünyanın inkişafı", "rəcət" və digər kitabları da vardır.

http://shabestan.ir/detail/News/621467

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده