خبرگزاری شبستان

سه شنبه ۲۲ آیان ۱۳۹۷

الثلاثاء ٥ ربيع الأوّل ١٤٤٠

Tuesday, November 13, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Friday, April 07, 2017 Xəbər kodu : 29443

İsrail səfirliyində müsəlman qadın zabiti!
Sionist rejimin xarici işlər naziri, həftənin 3-cü günü, Aprel ayının 5-də, ilk müsəlman qadın zabitini bu rejimin Türkiyədəki səfirliyində sionistlərin siyasi nümayəndəsi vəzifəsinə təyin etdi.

ŞƏBİSTAN xəbər agentliyinin "iqna" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Sionist İsrail rejiminin xarici işlər naziri, ərəblərlə sionist rejimi əlaqələrinin sadələşdirilməsi və adiləşdirilməsi siyasəti yönündə, həftənin 3-cü günü, cari ilin Aprel ayının 5-də, ilk müsəlman qadın zabitini bu rejimin Türkiyədəki səfirliyində sionistlərin siyasi nümayəndəsi vəzifəsinə təyin etdi.

Yerusəlimin (Urşəlim) psixologiya universitetinin məzunu 31 yaşlı fələstinli xanım Raşa Atemna ilk Ərəb qadınıdır ki, işğalçı və sionist İsrail rejiminin xarici işlər nazirliyinin nəzdində zabitlik təlim kurslarını keçmiş və daha sonra 3 ay müddətində BMT- də İsrailin xüsusi nümayəndəsinin köməkçisi vəzifəsində işləmişdir.

İsrail rejimi bundan öncə də bəzi müsəlman adlanan ünsürlərdən daxili siyasi vəzifə və kürsülərdə istifadə etmişdir. Amma ilk dəfədir ki, bir müsəlman xanım, həm də ərəblərdən, sionist rejiminin siyasi postlarında işə alınır. 

Sionist rejiminin bu addımı, müsəlman və ərəb bir qadına mühüm siyasi vəzifələrin verilməsi, yəhudilər və ərəblərin arasında siyasi əlaqələrin adiləşməsi və sadələşməsi və Fələstində törədilən işğalçı cinayətlərin ört-basdır edilməsi yönündə atılan digər bir addımdır.

Türkiyə dövləti regionda İsrailin ən mühüm şərikidir və Tel-Əviv ilə yaxın iqtisadi əlaqələrə sahibdir. Və iki ölkə 2016-cı ildə sülh müqaviləsi imzalayıblar.    

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده